02/10/2023 03:15
728 x 90

Tərtərdə iki nəfəri öldürən şəxsin işi məhkəməyə göndərildi

img

Daha bir cinayət işi üzrə aparılan istintaq prosesi yekunlaşıb. Belə ki, bu il fevralın 19-da Tərtər rayonunun ərazisində 1981-ci il təvəllüdlü Gülnar Məmmədova və 1992-ci il təvəllüdlü Namiq Allahverdiyevin öldürülmələrinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Rayon prokurorluğunun məlumatında deyilir ki, ibtidai istintaq zamanı 1970-ci il təvəllüdlü Asəf Məmmədovun heç bir əsaslı səbəb olmadan arvadı Gülnar Məmmədovaya bıçaqla, daha sonra isə Namiq Allahverdiyevə odlu silah və bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib. Toplanmış sübutlar əsasında Asəf Məmmədova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Mətləb

Peşə etikası

Son xəbərlər