02/10/2023 02:24
728 x 90

Bakıda silah gəzdirən şəxs həbs edildi - FOTO/VİDEO

img

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində növbəti əməliyyat keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbir zamanı Nizami rayonunda yaşayan, əvvəllər məhkum olunmuş Şahin Babayev qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd həmin tapançaya məxsus sandıqça və 8 ədəd patron aşkar edilərək götürülüb.

Qeyd olunan faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Şahin Babayev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Peşə etikası

Son xəbərlər