10/06/2023 08:55
728 x 90

Bakıda keçmiş məhkum silahla yaxalandı

img

Bakıda silahlı şəxs yaxalanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb.

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb.

Peşə etikası

Son xəbərlər