20/03/2023 23:28
728 x 90

Zaqatalada ər arvadını güllələdi...

img

Zaqatalada ər arvadını güllələyərək qətlə yetirib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, martın 17-da saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər