Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş vermiş silahlı insidentlə bağlı hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları hadisə yerindədilər.
Sözügedən qurumlar tərəfindən ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.
"Rəsmi qurumun açıqlamasını gözləmək xahiş olunur", - birgə məlumatda deyilir.
XXX
Bakıda atışma olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Hadisə nəticəsində 3 nəfərin güllələndiyi bildirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Bakıda odlu silahdan açılan atəş nəticəsində 3 nəfərin yaralanması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə əməliyyat qrupu göndərilib. Faktla bağlı araşdırma aparılır.