Bakıda vətəndaşın bank hesabından 20 min manat oğurlanıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə fevralın 14-dən 21-dək olan müddətdə baş verib.
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Telman Axundov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.