Bu gün Bakının Xətai rayonu ərazisində yerləşən marketlərdən birində baş vermiş silahlı insident zamanı ölən və yaralaların adları məlum olub.
Trend xəbər verir ki, ölən şəxs Həsənov Rüfət Rahib oğludur. O, başından güllələnib.
Yaralananlar isə Şaydayev Samir Ruslan oğludur, o, kürək nahiyyəsindən 2 güllə yarası alıb.
Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.
TƏBİB-in məlumatına görə, atışma nəticəsində xəsarət alan 2 nəfər Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.