07/02/2023 11:50
728 x 90

Neftçala bələdiyyəsinin keçmiş sədri həbs edildi

img

Neftçala bələdiyyəsinin keçmiş sədri həbs edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bəzi sosial şəbəkə və media səhifələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Nefçala rayon prokurorluğunun keçirdikləri birgə əməliyyat nəticəsində Neftçala bələdiyyəsinin sədri Rövşən Quliyevin saxlanılması barədə dəqiqləşdirilməmiş məlumatlar yayılıb.

"Qeyd olunan faktla bağlı 21.10.2022-ci il tarixdə Neftçala rayon prokurorluğu tərəfindən rayon bələdiyyəsində baş vermiş qanunsuzluqlara dair cinayət işinin başlanması barədə məlumat yayılıb.

Bildiririk ki, Cinayət işi üzrə toplanmış sübutlar əsasında sabiq bələdiyyə sədri Rövşən Quliyev 23.01.2023-cü il tarixdə Cinayət Məcəlləsinin 179.3.2 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda mənimsəmə), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və digər maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - açıqlamada deyilir.

Baş Prokurorluğun Mətbuat xidməti bir daha media nümayəndələri və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən rəsmi mənbədən dəqiqləşdirməyə və qərəzsiz olmağa çağırır.

Peşə etikası

Son xəbərlər