07/02/2023 13:05
728 x 90

Ayaz Mütəllibovun sabiq mətbuat katibinə cinayət işi açıldı

img

Sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi Teylor Fətişoğlu (İbrahimov)barəsində yenidən cinayət işi başlanıb.

Trend-in məlumatına görə, T. Fətişoğlu dələduzluqda ittiham olunur.

İttihama görə, T.İbrahimov özünü baş Prokurorluğun mətbuat katibi kimi təqdim edərək Ağcabədi rayon sakini, həbs edilmiş Elməddin Ələsgərovun cinayət məsuliyyətindən azad edilməsinə köməklik göstərilməsi məqsədilə onun atası Bayram Ələsgərovu aldadaraq 25 000 manatını alıb.

B. Ələsgərov məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Teylor Fətişoğlu barəsində Baş Prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladılıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Xətai rayon məhkəməsinə göndərilib. T.İbrahimov barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilib.

Qeyd edək ki, T.İbrahimov 6 il əvvəl Ağdam rayonunun sabiq icra başçısı Raqib Məmmədovun adından dələduzluq etməkdə təqsirli bilinirdi.

Peşə etikası

Son xəbərlər