07/02/2023 12:52
728 x 90

Ağcabədidə şübhəli kimi saxlanan şəxsin evindən avtomat çıxdı - FOTO

img

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinindən avtomat aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli rayon sakini Hüseyn Əhmədov saxlanılıb.

Onun yaşadığı ünvanda aparılan axtarış zamanı 1 ədəd "AK-74" markalı avtomat, həmin silaha məxsus 1 ədəd sandıqça və 4 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa keçirilən tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan ov tüfəngləri də aşkar edilərək götürülüb.

Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar aparılır.

Peşə etikası

Son xəbərlər