30/01/2023 02:12
728 x 90

Bakıda saxta əskinas satan şəxs yaxalandı

img

Bakıda saxta əskinas satan şəxs yaxalanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxtın Nizami rayonu ərazisində polis əməkdaşlarının əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Məftun Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, həmçinin 5 ədəd 100 manatlıq və 4 ədəd 20 manatlıq saxta əskinaslar aşkar olunaraq götürülüb.

24-cü Polis Şöbəsində aparılan araşdırmalarla onun dekabrın 6-da mağazaların birində satıcıya 1 ədəd 100 manatlıq saxta əskinas verməsi də müəyyən olunub.
Araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər