30/01/2023 02:30
728 x 90

Ucarda quldurluq edən üç nəfər qandallandı

img

Ucarda quldurluq edən üç nəfər saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Ucar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində bir nəfər vətəndaşa qarşı quldurluq etməkdə şübhəli bilinən üç nəfər şəxs saxlanılıb. Araşdırmalarla onların Ucar rayon sakinləri Əbdürrəhim Məcidov, Əli İbrahimov və Zərdab rayonunda qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Elxan Əhmədov olduqları müəyyən edilib.

İlkin izahatlarında onlar törətdikləri əməli etiraf ediblər.

Aparılan istintaq hərəkətləri zamanı məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək naməlum şəxslərə qarşı müqavimət göstərib. Bu zaman isə həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər avtomobilin şüşəsini qırıblar və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman isə üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər.

Faktla bağlı Ə.Məcidov, Ə.İbrahimov və E.Əhmədov barəsində Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Həmin şəxslərin digər analoji cinayət hadisələrində iştiraklarının olub-olmaması araşdırılır.

Peşə etikası

Son xəbərlər