05/02/2023 14:53
728 x 90

Xaçmazda bank kartından pul oğurlayan şəxs saxlandı

img

Xaçmazda bank kartından pul oğurlayan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Füzuli rayon sakini olan bir nəfərin bank kartının qeyri-aşkar şəraitdə oğurlanması və hesabından 2500 manatının çıxarılması barədə polisə məlumat daxil olub.

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Xaçmaz şəhər sakini Oqtay Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər