06/02/2023 12:37
728 x 90

Bakıda mənzilə basqın edildi, külli miqdarda xarici valyuta oğurlandı

img

Bakıda mənzildən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mənzillərin birindən 19.000 avro, 4950 funt sterling və 4800 ABŞ dollarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Silayət Əhmədov və Biləsuvar rayon sakini Amid Abışov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Peşə etikası

Son xəbərlər