Saatlıda mağazanı soyan şəxs yaxalandı

img

Saatlıda mağazadan oğurluq edən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Saatlı Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən mağazaların birinə müştəri qismində bir nəfər şəxsin daxil olması və daha sonra həmin şəxsin soyğunçuluq yolu ilə 150 manat pulu ələ keçirərək qaçması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törədərən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Tarıyel Fətullayev saxlanılıb.

Saxlanılan zaman onun üzərindən psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Peşə etikası

Son xəbərlər