İmişlidə dələduzluqda şübhəli bilinən şəxs tutuldu

img

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşları dələduzluq yolu ilə aldadaraq onların pullarını mənimsəyən Beyləqan rayon sakini Hüseyn Həsənov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, H.Həsənov bir nəfər qohumunun etibarından istifadə edərək ona üzləşdiyi problemim həlli istiqamətində köməkliklər göstərəcəyi barədə yalan vədlər verib və zərərçəkənin 3500 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

"Əgər H.Həsənovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin İmişli RPŞ-nə məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib.

Peşə etikası

Son xəbərlər