Masallı rayonunda şadlıq sarayında qonağı qarət edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Masallı rayonunda restoranların birində soyğunçuluq əməli törətməkdə şübhəli bilinən rayon sakini İbrahim Alışov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı Masallı RPŞ-də CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmlar davam etdirilir.
Xatırladaq ki, hadisə oktyabrın 29-da Masallı şəhəri ərazisində yerləşən “İlqar plaza” şadlıq sarayında baş verib. Nəməlum şəxs 1972-ci il təvəllüdlü Əlövsət Əhmədova hücum edib. Həmin şəxs 50 yaşlı kişinin 200 manat pulunu açıq talama yolu ilə alaraq uzaqlaşıb.