Zaqatalada narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi - FOTO

img

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü - Ağabala Raziyev müəyyən olunub və o, həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini Ağabala Raziyev idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə şəhər ərazisində hərəkətdə olarkən nəzarət-yoxlama qaydasında saxlanılıb.

Onun hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin olunub və müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi sübuta yetirilib.

A.Raziyev barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, inzibati həbs edilib.

Peşə etikası

Son xəbərlər