Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Nəcəfov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.
Araşdırmalarla onun paytaxt ərazisində kirayədə yaşadığı mənzilə baxış zamanı oradan əlavə 1,5 kiloqram heroin götürülüb.