Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sabirabad rayon sakini N.Həsənov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb.