Bakıda mağazadan 93 855 manat dəyərində 35 ədəd telefon oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyin-dən bildirilib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.