Mehdiabadda oğurluq, Digahda isə evinin həyətində narkotik tərkibli çətənə kolları əkən şəxslər saxlandı - FOTO/VİDEO

img

Abşeron rayonu Mehdiabad qəsəbəsində yeni tikilməkdə olan evlərdən birindən oğurluq edilib. Naməlum şəxs oradan dəyəri 10 min manat olan təmir-tikinti avadanlıqları oğurlayıb. Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Nail Hacıyev tutulub.

Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs də saxlanılıb.

Belə ki, Polis Bölməsinə Digah qəsəbəsi sakini İntiqam Mirzəyevin yaşadığı evin həyətində çətənə bitkisi əkib-becərdiyi barədə əməliyyat məlumatı daxil olub. Dərhal polislər tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı İntiqam Mirzəyevin həyətindən aqrotexniki qaydada yetişdirdiyi çəkisi 27 kiloqram olan 34 ədəd çətənə kolu aşkar edilib.

Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Peşə etikası

Son xəbərlər