Gədəbəydə yabanı çətənə kolları məhv edildi - FOTO

img

Gədəbəydə yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2022" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Başkənd kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 1294 kiloqram olan, 1052 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Peşə etikası

Son xəbərlər