Şabranda 16 yaşlı yeniyetmə narkobaron əmisini ifşa etdi

img

Şabranda 16 yaşlı yeniyetmədən narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, 16 yaşlı A.Əliyevdən marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən onun marixuananı əmisi M.Əliyevin evindən götürməsi müəyyən olunub.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə M.Əliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 23 ədəd çətənə kolu, oradakı yardımçı təsərrüfatdan isə 31 qrama yaxın marixuana götürülüb.

Peşə etikası

Son xəbərlər