Ağdamda avtoxuliqan həbs edildi - FOTO

img

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə təhlükə yaradan, ictimai qaydanı nümayişkaranə şəkildə pozan sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, DYPB-nin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon sakini Nicat Mehdiyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə xuliqanlıq etdiyinə görə saxlanılıb. Onun idarə etdiyi avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Polis əməkdaşları tərəfindən N.Mehdiyevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəminin qərarı ilə o, 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Peşə etikası

Son xəbərlər