Astara gömrük postunda saxlanan yük maşınından 21 kq narkotik çıxdı - VIDEO

img

Gömrükçülər avtomobilin xüsusi üsullarla düzəldilən gizli saxlanc yerlərindən külli miqdarda narkotik vasitə aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda "Renault" markalı, yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısının arxa hissəsində yerləşən 2 ədəd akkumulyatorun hər birinin içərisinə nisbətən kiçik ölçülü akkumulyator, qalan boşluqlara isə düzbucaqlı formalı, qara rəngli bağlamalarda qablaşdırılan narkotik vasitə tiryək yerləşdirildiyi məlum olub.

Ümumilikdə 10 ədəd bağlamadan qablaşdırmaları ilə birgə 21 kq 280 qram narkotik vasitə - tiryək aşkar edilib.

Son xəbərlər