Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən baki-xeber.com-a verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.