şənbə günü, 31 oktyabr 2026
     

Neftlə bağlı qəribə vəziyyət yaranır

Image




Neftin dünya bazarında qiymətinin durmadan ucuzlaşması artıq OPEK-də də ciddi narahatlığa yol açıb. Artıq təşkilatda da belə fikirlər səslənir ki, neftin qiymətdən düşməsi uzunmüddətli xarakter ala bilər. Bu səbəbdən istisna deyil ki, təşkilat neft hasilatının azalması barədə qərar qəbul etsin.
Hələlik isə neft dəyərdən düşməkdə davam edir. Artıq "Brent" neftinin barrelinin qiyməti 96 dollar həddinə enərək son 2 ilin ən aşağı səviyyəsinə düşüb. Neftin qiymətinin aşağı düşməsinə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) açıqladığı təbii qaz ehtiyatı ilə bağlı məlumat da təsir göstərib. Qaz ehtiyatı və hasilatının yüksək olmasının açıqlanması neftin bir qədər də ucuzlaşmasına təkan verib. Analitiklər Avropada iqtisadi artımın proqnozlardan aşağı olmasının da neftin qiymətini aşağı düşməsinə təsir göstərdiyini bildirir. Buradakı durum iqtisadiyyatın vəziyyətinin yaxşı olmadığını göstərir və bu da neftə olan təlabatın azalmasına gətirib çıxarır. Dollar da bu prosesdə az rol oynamır. Hazırda valyuta bazarında dollar digər pul vahidlərinə nəzərən, belə demək olarsa, son dörd ilin ən parlaq günlərini yaşayır. Dollar dəyər qazandığı zamanda neft və qızıl isə ucuzlaşır. Amerika Mərkəzi Bankının (FED) borclanma xərclərinin artacağı istiqamətindəki proqnozları dolların dəyərini yüksəldir. FED-in son komitə toplantısında bankın rəhbəri Canet Yellenil ABŞ-da faiz nisbətlərinin hələ uzun müddət sıfıra yaxın qalacağını bildirib. Bu da dollara olan tələbi artırarkən, neftin dəyərdən düşməsinə təsirsiz ötüşmür.
Qeyd olunduğu kimi, OPEK də vəziyyətdən narahatdır. Qurumun baş katibi Abdullah əl Badri təşkilatın noyabr ayında keçirəcəyi yığıncaqda istehsalı azaltmaq qərarı verə biləcəyini söyləyib. O, neft istehsalının gələn il azala biləcəyini vurğulayıb: "Qiymətlərin iki aydır düşdüyünü bilirik, bu vəziyyətin davam edəcəyini düşünürəm".
Məsələnin daha bir maraqlı tərəfi isə odur ki, neft bazarını bir sıra nüfuzlu şirkətlər tərk etməyi düşünür. Məsələn, ABŞ-ın məşhur neft istehsalçısı "Rockefeller Brothers" Vəqfi mədən sahəsindəki sərmayələrini satmaq qərarına gəlib. Azərbaycanlı milyarder Vahid Ələkbərovun rəhbəri olduğu "LUKoil" isə almaz biznesinə girişir. Şirkət əldə etdiyi ilk almaz partiyasının internetdə auksionunu keçirib. Bununla bağlı yayılan məlumatda ilk partiya almazın Arxangelsk vilayətindən əldə olunduğu və demək olar ki, hamısının satıldığı deyilir. Şirkətin prezidenti Vahid Ələkbərov isə bu işin "LUKoil"un profilinə uyğun gəlmədiyini, amma bütün buna rəğmən, onun ən yüksək şəkildə reallaşdırıldığını söyləyib.
Yaranmış durumu şərh edən iqtisadçı ekspert Vüqar Bayramov isə bildirir ki, neft şirkətləri öz istehsal coğrafiyasını diversifikasiya etməyə çalışır: "Əsas məsələ ondan ibarətdir ki, investisiyanın diversifikasiya olunması birmənalı şəkildə həmin şirkətlərə daha dayanıqlı gəlir imkanı verir. Bu da bir sektordan asılılığı aradan qaldırır. "LUKoil" və "Rockefeller Brothers" kimi dünyaca məşhur şirkətin enerjidən kənar sektorlara vəsait yönəltməsi investisiyaların diversifikasiyası ilə bağlıdır ki, bu da həmin şirkətə gələcəkdə neft bazarında qiymət aazalmasından sığortalanmaq imkanı verəcək. "LUKoil"un enerjidən kənar sferaya investisiya yönəltməsi onu göstərir ki, şirkətin gələcəkdə neftin qiymətində kəskin azalmaların olacağı ilə bağlı müəyyən narahatlığı var. İkincisi isə, bu azalmanın baş verməsi zamanı şirkətin investisiya imkanlarının ciddi şəkildə məhdudlaşacağı ilə bağlıdır. Buna görə də "LUKoil" öncədən qabaqlayıcı tədbirlər həyata keçirir ". Ekspertin fikrincə, Rusiya-Qərb qarşıdurması və gələcəkdə Rusiyanın iqtisadi baxımdan ciddi şəkildə sıxışdırılması üçün Qərb alternativ enerji kəşfinə daha çox vəsait xərcləyəcək. Bu da praktik olaraq Rusiyanın enerji imkanlarını minimuma endirə bilər. Elə "LUKoil" da məhz belə bir təhlükənin yarana biləcəyindən ehtiyatlanaraq bu addımı atıb. Ekspert onu da bildirir ki, bu, Azərbaycan üçün də keçərlidir: "Bildiyiniz kimi, ölkədə Dövlət Neft Fondu tərəfindən vəsaitlərin diversifikasiyası həyata keçirilir. Neftdən alınan gəlirlərin qeyri-neft sektorlarına yatırılmasını məqsədəuyğun hesab edirəm. Çünki ancaq belə olan təqdirdə Azərbaycan gələcəkdə alternativ enerji mənbələrinin tapılması və enerji ixracatı ilə bağlı hər hansı regional problemlərdən kompensasiya oluna bilər".
Azərbaycan tərəfi isə hələlik neftin qiyməti ilə bağlı vəziyyətə nikbin yanaşır. Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov yaxın illərdə qurumun büdcəsinə 200 milyard dollar vəsaitin daxil olacağını vurğulayıb.
Qeyd edək ki, Neft Fondunun yaranmasından 15 ilə yaxın vaxt ötdüyü bir vaxtda onun hesablarına daxil olan vəsaitin məbləği 110 milyard dollara çatıb.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ