şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycanın xarici borclarında iki nüans...

Image


Qərb ölkələrində iqtisadi böhran hələ tam səngimədiyindən, burada hökumətlərin borclanmaya getmək səviyyəsi də yüksək olaraq qalır. Məhz bu səbəbdən dünyanın bir çox nüfuzlu maliyyə qurumları beynəlxalq miqyasda borclanma səviyyəsinin artdığını bildirir. Bura, əsasən böhrandan əziyyət çəkən Avropa ölkələri, o cümlədən Yunanıstan, İspaniya və digərləri aid olunur.
Adları çəkilən ölkələrin xarici borcları durmadan artır və hətta ümumi daxili məhsulun həcmindən də çoxdur. Həmin ölkələrlə müqayisədə xarici borc sahəsində Azərbaycanın vəziyyətinin dəfələrlə yaxşı olması isə heç kimə sirr deyil.
Amma ekspertlər, zəif də olsa, ölkəmizdə xarici borcun həcminin artdığını bildirir. Maliyyə Nazirliyinin məlumatından aydın olur ki, ilin əvvəlinə xarici dövlət borcumuz 4 milyard 753 milyon manat təşkil edirdisə, iyul ayının 1-nə bu borc 4 milyard 987 milyon manata çatıb. Yəni xarici borcun həcmində artım olub. Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmiryol nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib. Borc vəsaitlərinin 7,7%-i 10 ilə qədər, 62%-i 10 ildən 20 ilə qədər, 30,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.
Qeyd olunduğu kimi, borc səviyyəsinə görə Azərbaycanın vəziyyəti pis deyil. Bir sıra dünya ölkələrində xarici dövlət borcu səviyyəsi ümumi daxili məhsul (ÜDM) həcminin 100 faiz ətrafında və yaxud bundan yuxarı təşkil etdiyi halda, ölkəmizdə xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbəti 8,5 faiz təşkil edir. Son vaxtlar müxtəlif beynəlxalq reytinq təşkilatları tərəfindən ölkəmizin iqtisadi vəziyyətinin yüksək dəyərləndirilməsi həm də bununla əlaqədardır. Məlumat üçün bildirək ki, qonşularımızdan xarici borcun ÜDM-ə nisbəti Türkiyədə 36, Rusiyada 14,1, Gürcüstanda 32,9, Macarıstanda 79,8, Slovakiyada 34,3, Çexiyada isə 40,2, böhran içində olan ölkələrdə isə hətta 100-150 faiz arasında təşkil edir. Amma Azərbaycanda da borcun artımı müəyyən narahatlıq doğurur. Məsələ burasındadır ki, ölkəmizdə ÜDM-in artım tempi də əvvəlki illərdəki kimi deyil. Digər tərəfdən, ölkənin böyük valyuta ehtiyatları var. Buna əsasən xaricdən cəlb olunan kreditlər azaldılmalı idi. Lakin buna rəğmən, iqtisadiyyatın bir sıra sektorlarına, xüsusən də infrastrukturun inkişafına daha artıq səviyyədə yönəldilməyə başlandı ki, nəticədə 2003-cü ildə ölkənin xarici borc səviyyəsi 1,575 milyard dollar təşkil edirdisə, 2010-cu ildə 3,86 milyard dollara yüksəldi. Hazırda isə 5 milyarda çatmaq üzrədir. Bu səbəbdən də xarici borclanmadakı artımın qarşısının alınması üçün növbəti büdcə ili üçün dövlət büdcəsi haqqında qanuna borc limitinin azaldılması ilə bağlı müddəanın daxil edilməsi daha məqsədəuyğundur. 2014-cü il üçün ölkənin daxili dövlət borcunun yuxarı həddi 1 milyard 200 milyon manat, xarici dövlət borcunun yuxarı həddi isə 2 milyard manat müəyyən edilib. Bu limitin azaldılması borclanma miqdarını da azalda bilər. Digər tərəfdən nəzərə alınmalıdır ki, borcların qaytarılmamasının bir qismi neft hasilatının azaldığı dövrə təsadüf edəcək. Ekspertlər də bildirir ki, ÜDM-də neftin dominant rolu azaldıqca xarici borcun dərinliyi daha çox özünü büruzə verəcək. Bu səbəbdən hesab olunur ki, hökumət sürətli xarici borc kursundan imtina etməlidir. Ekspertlər cəlb edilən xarici kreditlərin böyük əksəriyyətinin qaytarılma vaxtının 2018-ci ildən sonrakı dövrə təsadüf etdiyini xatırladır və bildirirlər ki, həmin dövrdə borcların qaytarılması üçün büdcədən pul ayrılması problem ola bilər. Çünki dövlət gəlirlərinin əhəmiyyətli hissəsini neft və qaz gəlirləri təşkil edir, bir neçə ildən sonra neft və qazın dünya bazar qiymətini proqnozlaşdırmaq mümkün deyil. O cümlədən təbii ehtiyatların satışından əldə olunan gəlirin həcminin də proqnozlaşdırılmasında müəyyən çətinliklər var. Gəlirlərin, eləcə də dünya bazarındakı dəyişikliklərin proqnozlaşdırılmasının mümkün olmadığı dövrlər üçün xarici borclanmaya getmək məqsədəuyğun deyil. Digər tərəfdən, bu borcların qaytarılmasına da az vəsait xərclənmir. Məsələn, bu il dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 780,5 milyon manat vəsait ayrılıb.
Düzdür, Azərbaycanda müsbət məqam dövlət rezervlərinin məbləğinin xarici borcları 10 dəfəyə yaxın üstələməsidir. Bu da "sığorta yastığının" formalaşdırılmasına imkan verir. Lakin hökumətin məhz valyuta ehtiyatlarından istifadə edib borclanmaya getməsi məqbul sayılmır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:45
"Mən ailədən qalan yeganə varis kimi Ağdamdakı evimizi ala bilmirəm" - Mətanət Ağamirli

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ