şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 16.09.2014 / 02:21
Bölmə: İqtisadiyyat
Dünyada şanına-şərəfinə Bakı qədər nəğmələr qoşulan şəhər az olar. Onun alagözlü səhəri də, qaragözlü gecəsi də, mavi Xəzərin qoynuna sığınmış bənzərsiz camalı da, Dağüstü parkdan ovuc içi kimi görünən nadir panoramı da, əsrlərin daş salnaməsi olan İçərişəhəri də, bu canlı tarixin baş keşikçisi olan "Qız qalası" da, Şərqlə Qərbin vəhdət rəmzinə çevrilmiş axar-baxarı da, doğmanı-yadı seçib-ayırmayan isti qoynu da daim qəribə bir şeiriyyətlə cilvələnir.
Bakı gecəli-gündüzlü güclü, sağlam bir ürək kimi döyünür. Bu şəhər saz havası kimi könülləri oxşayır, müğam kimi ruhu qanadlandırır, simfoniya kimi əzəmətlə səslənir.
Zamanın sərt küləklərinə davam gətirib öz içinə çəkilən, varlığımızı daş qucağında qoruyub saxlayan İçəri şəhər - Ana şəhər zaman gəldi ki, öz balalarını pərvazlandırıb yan-yörəsinə uçurtdu. Bakı sürətlə böyüdü, Xəzər sahillərinin, Qafqaz ölkəsinin, Odlar yurdu Azərbaycanın ən böyük şəhəri kimi dünya xəritəsində ən böyük işarə ilə göstərildi. Rus istilası zamanı 8 min əhalisi olan qala XX əsrə 200 minlik şəhər kimi qədəm basdı. Bir əsrdə Bakıda yaşayanların sayı 2-3 milyon nəfərə çatdı. İki əsrə yaxın müddətdə Bakının libasını başqaları biçsə də, onu özümüz tikib, öz naxışlarımızla bəzədik, özümüzə yaraşdırdıq.
İkiyə bölünmüş Azərbaycanın vahid diləyi, ruhumuzda yaşayan bütövlüyü, timsalı kimi tikilib-böyüdü Bakı. Bu şəhər milli varlığımıza ana qucağı oldu. Onun şirin laylası ruhumuza hopub bizi yadlaşmaqdan, özgələrə qarışmaqdan qorudu. Uzun illər boyu Bakının bir çox küçə-meydanları, park-xiyabanları özgə adlar daşısa da, yad-yağıların heykəlləri ilə bəzədilsə də, XX əsrin sonunda yenilməyən ruhumuzla, dikələn varlığımızla milli haqlarımızın da, Vətənimizin də, onun döyünən ürəyi, düşünən başı olan Bakımızın da sahibi olduq,
Məmləkətimiz kimi, onun baş şəhəri Bakının da öz içinə çəkilmiş özəllikləri ad-ad, küçə-küçə öz yerinə qayıtdı. Bakının özülü-özəyi olan Xəzərsahili əraziyə - "paytaxtın paytaxtı" timsalında olan rayona verilmiş qəddar, qaniçən "26 Bakı komissarı"nın adı da göynərtili damğa kimi silindi. Şəhərin bu qədim hissəsinə tarixi kökünün dayandığı Səbailin adı verildi. Bu sadəcə addəyişmə olmayıb, Bakının gövdəsi, bel sütunu olan rayonu tarixi kökləri üstündə milli məcrada, suverenliyimizə layiq forma və məzmunda sabaha aparmaq məramının təsdiqi idi.
Ötən 20 ildə Bakı müstəqil dövlətimizin artan gücü, imkanları ilə necə yüksəlirsə, şəhərin baş rayonu Səbail də bu yeniləşmə və tərəqqinin önündə ikiqat vüsət və sürətlə ötənlərin hisindən-pasından təmizlənir, addım-addım təzələnir. Səbailin neçə zəmanədən xəbər verən hər daşı-lövhəsi öz yerinə daha möhkəm bənd edilir. Ömrünü bitirmiş, vaxtilə paslı dəmir kimi bədəninə batırılmış, bugünkü böyümə və yeniləşmənin kənara itələdiyi sınıq-salxaq tikililərin yerində isə XXI əsrin nəfəsini və əzəmətini duyduran, dünyaya boy verən obyektlər tikilir.
Bakının aynasına, nəhəng sərgi meydanına bənzəyən dənizkənarı zona - Milli Bulvar Səbailin yeniləşməsinin də ekranına çevrilib. Neftçilər prospekti, ona bitişik olan İçərişəhər, Parislə, Roma ilə, Brussellə, Vyana ilə müqayisə olunan "Bakının Avropa hissəsi" nəhəng bir restavrasiya meydanıdır. İçərişəhərin qədimliyinə, bayır şəhərin yaxın dünəninə yeni nəfəs verilir. Silinib güzgülənən divarlar, əlvan reklam elementləri, naxışlanan səki və küçələr, retro və modern görkəmli köşklər, vitrinlər Səbailin dünəni ilə bugününü əl-ələ, üz-üzə, çiyin-çiyinə sabaha yönləndirir.
Paytaxtın, respublikanın yenidən qurulub-abadlaşdırılmasını, tərəqqini daim diqqətdə saxlayan, hər başlanğıca və yekuna nəzər yetirən, xeyir-dua verən Prezident İlham Əliyev Səbailin "paytaxtın paytaxtı" məqamını xüsusi qayğı ilə dəyərləndirir. Dövlət başçısı Səbaili addım-addım gəzir, hər qarışı mahir bir memar kimi gözdən keçirir, nəyin artıq, nəyin əksik olduğunu dəqiqləşdirir, keçdiyi hər ünvanda silinməz-pozulmaz izlər qoyur. Şəhərin rəhbəri Hacıbala Abutalıbovun iş yeri, sanki inşaatçıların, yolçəkənlərin arasıdır. Səbailin icra hakimiyyəti başçısı Asif Əsgərov bu nümunə və tələbkarlığı qədərincə cavablandırmaq üçün rayonun infrastrukturundakı ən kiçik məsələləri də nəzarətdə saxlayır, kənar yaşayış sahələri olan Bayılın, 20-ci Sahənin, Bibiheybətin, Badamdarın ağrılı yerlərinə daim çarə axtarır, icra aparatını, xidmət sahələrini problemlərin ardıcıl həllinə yönəldir. Ölkə, şəhər və rayon rəhbərliyinin bu məqsədyönlü, bir-birini tamamlayan fəaliyyəti Səbailin tarixən formalaşan tanış mənzərəsini gözəlləşdirir, yeni görüntülərlə tamamlayır.
Bu gün Səbailin altı da, üstü də, hüdudları da, hər obyektin iki və bayırı da iş, fəaliyyət obyektidir. Bu, dövlət müstəqilliyinin yaratdığı imkan və suverenliyə layiq şərait yaratmaq üçün tarixi bir fürsətin maksimal gerçəkləşdirilməsi prosesidir. Bakının və Səbailin inkişafında əldə edilmiş yüksək və daha böyük yüksəlişə yönəlik bu quruculuq xətti konkret yenilik ünvanları ilə, miqyas və dinamizmi ifadə edən fakt və rəqəmlərlə daha aydın görünür.
Məlumat üçün qeyd edək ki, Səbail rayonunun ərazisi 29 kvadratmetr, əhalisi 95 min nəfərə yaxındır. Ərazidə 9 min nəfərdən çox məcburi köçkün məskunlaşıb. Adıçökilən rayonda 3 bələdiyyə fəaliyyət göstərir. Bakının memarlıq dəyəri ilə seçilən əksər tarixi və müasir tikililəri Səbail ərazisindədir.
İçəri şəhərin, "Qız qalası"nın tarixi möhtəşəmliyinə bu nadirliyi tamamlayan, Bakının daha ünlü sabahına çıraq tutan Bayraq Meydanı və dünyanın ən uca bayraq qülləsi, "Alov qüllələri", "Hilton Baku", "Marriot"(Abşeron) və "Foir Seasons" otelləri, "Park Bulvar" Ticarət və İstirahət Mərkəzi, "Dalğa Plaza", "Bakı Biznes" mərkəzləri, "Baku Kristal Hall" konsert salonu kimi müasir memarlıq nümunələri Səbailin bugünkü inkişafının ürəkaçan görüntüləridir.
Səbailin yaxın keçmişinin mənzərələrini xatırlayanlar mədən-sənaye əraziləri olan Bayılın, 20-ci sahənin, Bibiheybətin boz-bulanıq görüntülərinin birdəfəlik yox edilməsini xüsusi məmnunluqla dəyərləndirirlər. Bakı - Ələt yolunun bu yerlərdən keçən müasir, çoxcərgəli hissəsi, Bayraq Meydanının ətrafa biçdiyi yeni don, geniş yaşıllıqlar şəhərin cənubdan giriş hissəsində Səbail rayonunun ümumi gözəlliyinə füsunkar bir qapı açıb.
Azərbaycan paytaxtının ən mühüm inzibati obyektləri - Prezident Administrasiyasının, Milli Məclisin, Nazirlər Kabinetinin, bir sıra nazirlik, komitə və xidmətlərin binaları, 15-dək səfirliyin ofisi Səbail rayonunda yerləşir. Son illərdə bu binalar daxildən və xaricdən yeni görkəm alıb, ətraf tikililərdə aparılan işlər nəticəsində ümumi ansamblda daha baxımlı yer tutub.
Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti hər zaman diqqət mərkəzində olub. Rayonda 5 ali, 18 orta və 18 məktəbəqədər təhsil müəssisəsi mövcuddur ki, onların yeni dərs ilinə hazırlığı və yay mövsümü ərzində məktəblərdə aparılan təmir işlərinə RİH tərəfindən nəzarət daha ciddi olub. Səbail rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərovin mətbuata açıqlamasına görə, son 3 il ərzində ölkə başçısının imzaladığı Sərəncam və Dövlət Proqramlarına əsasən rayondakı orta və məktəbəqədər təhsil müəssisələrinin böyük əksəriyyəti əsaslı təmir olunub, 1 yeni orta məktəb və 1 yeni uşaq bağçası tikilib, 2 orta məktəb, 1 uşaq musiqi məktəbi sökülərək yenidən tikilmişdir. 2 məktəb üçün yeni əlavə korpus tikilmiş, 1 peşə, 11 orta, 2 uşaq musiqi məktəbləri, 2 uşaq texniki yaradıcılıq mərkəzi, 8 uşaq bağçası əsaslı təmir olunub.
Onu da bildirək ki, 2014-cü ilin I rübündə Səbail rayonu ərazisində 537 yeni daimi iş yeri açılıb.
Cari ilin ilk 3 ayı ərzində 2 saylı şəhər poliklinikasında, "Turac" uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb.
Azərbaycan iqtisadiyyatının uğurla və sürətlə inkişaf etdirilməsində, respublikamızın bütün sahələr üzrə böyük nailiyyətlər qazanmasında Səbail rayonunun da öz yeri və payı var. Bu barədə daha aydın təsəvvürün yaranması üçün ayrı-ayrı sahələrdə konkret statistik göstəricilərə nəzər yetirmək lazımdır.
Qeyd edək ki, 2014-cü ilin 6 ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 11 milyard 534,5 milyon manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,3 faiz çox sənaye məhsulu istehsal edilib, nəqliyyat müəssisələri tərəfindən 256,2 milyon manatlıq və ya 1,7 faiz çox, rabitə müəssisələri tərəfindən 132,1 milyon manatlıq və ya 1,4 faiz çox xidmətlər göstərilib.
Bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 512,5 milyon manat olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 35,5 faiz çoxdur. Tikinti-quraşdırma işlərinə yönəldilmiş investisiyanın həcmi 1 milyard 114,6 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 73,2 faiz çoxdur.
Rayon ərazisində məşğulluğun təmin edilməsi istiqamətində də mühüm tədbirlər həyata keçirilib. Görülən aktiv məşğulluq tədbirləri rayon ərazisində məskunlaşan insanların işlə təmin olunmasına əhəmiyyətli töhfələr verməklə yanaşı, onların sosial vəziyyətinin də yaxşılaşdırılmasında mühüm rol oynayıb. Belə ki, 2014-cü ilin 6 ayı ərzində Səbail rayonu ərazisində 1190 yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.
Onu da qeyd edək ki, Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən ilin ilk 6 ayı ərzində 485 nəfər iş axtaran vətəndaş daimi işlə təmin olunub, "Ərazi Məşğulluq Proqramı"na əsasən cari ilin birinci yarısı ərzində Mərkəzdə 20 nəfər iş axtaran vətəndaş üçün "Kompyuter istifadəçisi", 16 nəfər iş axtaran vətəndaş üçün "Kompyuterçi-dizayner", 12 nəfər iş axtaran vətəndaş üçün "Xalçaçı", 20 nəfər iş axtaran vətəndaş üçün isə "İngilis dili" peşə kursları açılıb, Əmək yarmarkasında 8 nəfər daimi işlə təmin olunub.
Əsaslı təmir-yenidənqurma işləri uğurla davam etdirilir Adıçəkilən rayonda inkişafla yanaşı bəzi problemlər də yaşanır. Belə ki, 20-ci Sahə kimi tanınan ərazinin sakinləri yolların vəziyyətindən şikayətlənirlər. Sakinlərin dediyinə görə, məhəllədaxili yollar bərbad vəziyyətdədir. Ümid edirik ki, bu problem yaxın zamanda öz həllini tapacaq.
Günel CƏLİLOVA
Yazı Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı
31.10.2026 / 14:58
Polşada gərginlik artır
– Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...
31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi
– avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…
31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur"
- Əhliman Əmiraslanov
31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…
31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır
- YENİ QİYMƏTLƏR...
31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi
31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu
31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı
- Başqa yol yoxdur...
31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi
– Prezident-hökumət qarşıdurması pik həddə çatdı…
31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...
31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq
31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...
31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...
29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ