Cümə axşamı günü, 20 avqust 2026
     

Bakı-Tiflis-Qars Azərbaycan məhsullarının üzünə yeni bazarlar açır

Image


Bakı-Tiflis-Qars dəmir yolu xətti işə düşdükdən sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində yeni bir mərhələnin başlanması gözlənir. Bu dəmir yolu xətti ölkənin tranzit əhəmiyyətini artırmaqla yanaşı, həm də Azərbaycan məhsullarını ucuz, sərfəli qiymətə dünya bazarlarına çıxarmağa imkan verəcək.

Aydındır ki, bu da, öz növbəsində, qeyri-neft sektorunun inkiaşfı istiqamətində irəliyə doğru atılan növbəti vacib addım olacaq. Artıq bu xətt vasitəsilə Azərbaycan məhsulları Avropa və Asiya ölkələrinə daha rahat şəkildə çıxa biləcək. Bu yolun istifadəyə verilməsilə artıq mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması gözlənir ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır. Eyni zamanda istifadəçi dövlətlərə, o cümlədən Azərbaycana öz məhsullarını daha tez müddətdə dünya bazarlarına çıxarmaq imkanı verir. Azərbaycan neft və qeyri-neft məhsullarını Türkiyə, Avropa ölkələrinə, eləcə də digər bölgələrə məhz bu dəmir yolu vasitəsilə ixrac edəcək və bu, marşrut xərclərinin minimuma endirilməsi deməkdir. Məhz qeyd edilənlər aydın göstərir ki, bu layihə iqtisadi cəhətdən yüksək önəm kəsb edir. Çünki Azərbaycan həm sözügedən layihə vasitəsilə tranzit ölkə olaraq dövlət gəlirlərini artıracaq, həm də, təbii ki, özünün xüsusən qeyri-neft sektorunda istehsal olunan məhsullarını Türkiyə və Avropa bazarına çıxarma imkanı qazanacaq. Asiya ilə Avropanı birləşdirən dəmiryol xətti kimi bu layihə həm Avropadan, həm də Asiyadan məhsulların sərfəli şərtlərlə idxalnın reallaşdırılmasını mümkün edəcək. Elə bu da idxal məhsullarının qiymətini əhəmiyyətli dərəcədə aşağı salacaq.

O da məlumdur ki, Bakı-Tiflis-Qarsın digər önəmli cəhəti Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Məhz bu vəziyyətdə ilk növbədə Azərbaycana gətrilənTürikyə məhsullarının qiyməti daha ucuz olacaq. Eyni zamanda Azərbaycan Türkiyəyə daha çox həcmdə məhsul sata biləcək. Həmçinin bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan bu dəmir yolu ölkəmiz üçün böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır. Bununla da Bakı-Tiflis-Qars ölkəmizdə iqtisadi inkişafa yeni bir təkan verəcək.. Hesab olunur ki, layihə iştirakçı ölkələrdə, xüsusən də  Azərbaycanda yeni iş yerlərinin yaradılmasına və ticarətin inkişafına səbəb olacaq.

Bu layihə eyni zamanda ölkənin valyuta gəlirlərinin artmasında vacib rol oynacaq. Məsələ burasındadır ki, Bakı-Tiflis-Qars sayəsində artıq Türkiyə və Mərkəzi Asiya ölkələri arasında quru yolu üzərində Azərbaycan əsas faktora çevrilib.  Eləcə də ölkəmiz "Böyük İpək Yolu" layihəsinin həyata keçməsi ilə Çindən Avropaya qədər olan marşrut xəttində əsas paya sahib olacaq. Belə demək mümkünsə, Uzaq Şərq ilə Avropa arasında paylayıcı rol oynamaqla ölkənin əhəmiyyəti Avropa və Asiyada daha da yüksələcək. Məhz bu faktor fonunda Azərbaycan üzərindən daha çox yük daşınması proqnozdaşdırılır ki, elə bu da ölkəyə külli miqdarda əlavə mənbədən valyuta gəlişi deməkdir. Yuxarıda qeyd olunduğu kimi, dəmir yolu ölkəyə turist axınını da artıracaq. Artıq Bakı-Tiflis-Qars marşrutu üzrə hərəkət edəcək sərnişin qatarları üçün Azərbaycan tərəfi İsveçrənin “Stadler” şirkətinə 30 ədəd yataq tipli vaqon sifariş edib. Vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur. Müasir texnoloji üstünlüklərlə təchiz olunan vaqonların alt hissəsinin müvafiq rels ölçüsünə uyğunlaşdırılması avtomatlaşdırılan sistem sayəsində mümkün olacaq ki, bu da sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını alacaq. Eyni zamanda, sərnişinlərin daha rahat səfər etmələrini reallaşdıracaq.  Bütün bunlar fonunda  iqtisadçı ekspert Vüqar Bayramov da bildirir ki, Bakı-Tiflis-Qars Azərbaycan üçün çox böyük önəmə malikdir: “Bu, Azərbaycan iqtisadiyyatı üçün dövlət gəlirlərinin artırılması baxımdan kifayət qədər ciddi əhəmiyyətə malikdir. Nəticə etibarı ilə bu imkan verir ki, dövlət gəlirlərinin identifikasiyasına nail olaq. Xüsusən də çox fərqli mənbələrdən vəsaitin büdcəyə daxil olması təmin olunacaq. Bu, həm də Azərbaycanın strateji əhəmiyyətini artıracaq”.

O da məlumdur ki, sahibkarlığı inkişaf etdirməklə Azərbaycan brendi ilə tanınan keyfiyyətli, rəqabətə davamlı yerli məhsulların dünya bazarlarına çıxarılması Azərbaycan üçün bu gün əsas prioritetlərdəndir.  Burada  əsas vəzifə xaricdən sifariş olunan malların istehsalını artırmaqla ölkənin ixrac imkanlarının genişləndirilməsidir. “Made in Azerbaijan”” brendini dünyada tanıtmaq üçün əsas amillərdən olan yerli məhsulların dünya bazarlarına çıxarılmasında da əsas nəqliyyat vasitəsi olan Bakı-Tiflis-Qars dəmir yolunun böyük əhəmiyyəti var. Çünki bununla “Made in Azerbaijan” brendi ilə dünya bazarlarına çıxarılan məhsulların ixracı daha da sürətlənəcək. Ən əsası isə, yüklərin mənzil başına yaxın yolla, qısa müddətdə çatdırılması təmin olunacaq. Elə bu da indidən azərbaycanlı sahibkarların Bakı-Tiflis-Qarsa maraqlarının yüksəlməsinə gətirib çıxarıb.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

20.08.2026 / 06:03
Tramp İrana “əjdaha sanksiyalar” vəd etdi

19.08.2026 / 22:46
Avropadakı ABŞ bazaları İranın hədəfində... Mümkün hücumlara qarşı hazırlıqlar başladı...

19.08.2026 / 22:21
İranla Fransa arasında gərginlik artır - diplomatlar ölkədən qovuldu, Tehran Parisə sərt xəbərdarlıq etdi...

19.08.2026 / 21:50
Moskvanın böyük qorxusu – Qərb "erməni və Moldova metodları" ilə Duma seçkilərinə müdaxilə edəcək...

19.08.2026 / 21:33
Azərbaycanın Sovet dövrü tarixi yenidən yazılmalıdır -Tarixçilər qəti mövqe tutur...

19.08.2026 / 21:15
İlham Əliyevin “Metsamor AES bağlanmalıdır” tələbinə İrəvandan reaksiya...

19.08.2026 / 20:48
Ermənilər İrəvandan Təbrizə təyyarə reyslərini bərpa edirlər...

19.08.2026 / 20:25
Rusiya XİN Azərbaycan baş prokurorluğunun məlumatına çoxbaşlı cavab verdi...

19.08.2026 / 20:09
Tokayev Nazarbayevin hüquqlarını əlindən aldı – xalqa müraciət edə bilməyəcək…

19.08.2026 / 19:41
Rusiya Azərbaycanla münasibətlərini yenidən gərginləşdirir...

19.08.2026 / 19:33
Özəl tərəfdarı millət vəkili CHP-li Keleş tərəfindən bıçaqlandı

19.08.2026 / 19:10
Rusiya və Ukrayna arasında əsir mübadiləsi - 103-nü verib 103-nü aldılar...

19.08.2026 / 18:43
"Azərbaycan ehtiyac içində olan insanlara və ölkələrə humanitar dəstək göstərməkdə davam edir" - XİN

19.08.2026 / 18:30
Bakıda bu kabab evində at DNT-si aşkarlandı - ŞOK...

19.08.2026 / 18:07
İsrail və Türkiyə arasında müharibə təhlükəsi - İsrailin Suriyaya son hücumu ilə bağlı ŞOK İDDİA...

19.08.2026 / 17:40
Əliyevin Rusiya ilə siyasi davranışları Ermənistanda qızğın müzakirə olunmağa başlayıb...

19.08.2026 / 17:27
Xaricdən idarə olunan onlayn kazino şəbəkəsinin rəhbəri Gürcüstanda yaxalanaraq Azərbaycana gətirildi - VİDEO

19.08.2026 / 17:12
Gürcüstanda pul qazanmaqda Azərbaycan Türkiyəni üstələdi, fərq – 550 min dollar...

19.08.2026 / 16:49
Tramp Omanı Amerikanın düşmənləri siyahısına daxil etdi - vurulacaq...

19.08.2026 / 16:25
Azərbaycanın dövlət borcunda dəyişiklik gözlənilir...Nazirlik hesabat yaydı...

19.08.2026 / 16:22
CNN Azərbaycana böhtan atdı, məhkəməyə verildi...

19.08.2026 / 16:11
Ermənistan ordusunda ölüm halları ölkəni yenidən qarışdırdı...

19.08.2026 / 16:06
Paşinyan Türkiyəyə dəmiryolu çəkilişini beynəlxalq tenderə çıxardı...

19.08.2026 / 15:37
Putin “Yabloko”nun adını bütün seçki sənədlərindən silməyi əmr etdi...

19.08.2026 / 15:15
Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi

19.08.2026 / 14:58
Rusiyadan Ermənistana Azərbaycandan vasitəsilə 1 820 ton buğda göndəriləcək

19.08.2026 / 14:44
Mədəniyyət Nazirliyinə yeni aparat rəhbəri təyin olundu, Mustafa Abbasbəyliyə isə yeni vəzifə verildi

19.08.2026 / 14:36
Netanyahu Trampın Qəzza planını rədd etdi, Tramp dözdü - inanmaq olar?..

19.08.2026 / 14:12
Tramp İranla danışıqları dayandırmağı əmr etdi - sərt sanksiyalar gəlir…

19.08.2026 / 13:54
ABŞ münaqişəni qızışdırarsa, İran Avropaya zərbə endirə bilər…

19.08.2026 / 13:39
Rusiya ilə müharibənin Ukraynaya vurduğu ziyan 600 milyard dolları keçdi...

19.08.2026 / 13:25
Ukraynada yüksək vəzifəli məmurların evində axtarış aparılır - Zelenskinin ofis rəhbərinin müavini də təhlükə ilə üzləşdi…

19.08.2026 / 13:10
Prezident Kiçik Qaladərəsi kəndinin gənc sakininin arzusunu gerçəkləşdirdi - VİDEO

19.08.2026 / 12:54
ABŞ Azərbaycanı Çini tariflərdən yayınmağa kömək etməkdə ittiham edir…

19.08.2026 / 12:30
İran iki fransız diplomatı “persona non grata” elan etdi

19.08.2026 / 12:14
Həkim səhvi ilə bağlı mübahisələrdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı

19.08.2026 / 11:43
Ağdam kənd qəbiristanlığında hərbi sursat aşkarlandı

19.08.2026 / 11:29
30 ilin sirləri - əfqan əsirliyindən qaçan pilotun film kimi hekayəsi

19.08.2026 / 11:16
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlandı

19.08.2026 / 10:57
Şəxsiyyətləri müəyyənləşdirilən daha 5 itkin şəhid dəfn ediləcək

19.08.2026 / 10:31
Siyəzəndə narkotiklərlə bağlı əməliyyatlar - 9 nəfər həbs edildi

19.08.2026 / 07:14
Türkiyədə maraqlı tarixi yer kəşf olundu

19.08.2026 / 06:27
ABŞ-da META şirkəti məhkəməyə verildi - zərərçəkən uşaq və yeniyetmələrdir

18.08.2026 / 22:24
ABŞ-ın keçmiş kəşfiyyat şefi xəbərdarlıq etdi - Rusiya Almaniyaya hücum edə bilər…

18.08.2026 / 21:18
Məkkə Sazişinin tam məzmunu qapalı saxlanılır...

18.08.2026 / 20:48
Naxçıvanda tarixi abidələrlə bağlı ciddi problemlər var - Prezident təsadüfi söz deməz...

18.08.2026 / 20:26
Ermənistanda Avropanın Yeni Missiyasının məqsədləri açıqlandı - hansı maliyyə axını?..

18.08.2026 / 19:56
Yuşşenko Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi

18.08.2026 / 19:41
Naxçıvanda və Zəngəzurda doğrulmuş yeni idarəçilik Konstitusiyada nə vaxt əks olunacaq...

18.08.2026 / 19:27
Azərbaycan yalan və saxta iddialara görə CNN-i məhkəməyə verdi...

18.08.2026 / 19:15
Macarıstanın yeni hakimiyyəti türk birliyinə münasibətini ilk dəfə ifadə etdi...

18.08.2026 / 18:53
İrandan ABŞ-a net mesaj - blokada və sanksiyalar qaldırılana qədər Hörmüz açılmayacaq...

18.08.2026 / 18:37
İran ABŞ-ın Hörmüz blokadasını qırmaq üçün hücuma hazırlaşır...

18.08.2026 / 18:20
Bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri olub

18.08.2026 / 18:06
Rusiyada yanacaq böhranının ikinci dalğası başladı – YDM-lərin yalnız 28 faizində benzin var…

18.08.2026 / 17:50
Ağ Ev üzvü gizli dipmissiya ilə Rusiyaya gedibmiş - ikitərəfli “mədəni” əlaqələri təşviq etmək üçün…

18.08.2026 / 17:48
Ərdoğanın Avropa Birliyi ilə münasibətlərində qaranlıq şey qalmadı - məsələnin Azərbaycana təsiri olacaq?..

18.08.2026 / 17:34
Rusiya Xəzər dənizi vasitəsilə İrana dron və sursat tədarük edir…

18.08.2026 / 17:19
İndi də İran ABŞ-dan əl çəkmir - ABŞ-la İran rol dəyişdirirlər...

18.08.2026 / 17:02
Tramp Hörmüz boğazının xəritəsini "yeni ABŞ ərazisi" adı ilə paylaşdı…

18.08.2026 / 16:47
Paşinyan Rusiya ilə KTMT mübahisəsini özünə lazımlı sonu görünməyən ritorikaya çevirir...

18.08.2026 / 16:31
Türkiyədə yayın dadı yalnız dənizdə deyil, süfrədə də yaşanır

18.08.2026 / 16:16
Mütəşəkkil köləlik: Rusiyanın sərt miqrant qaydaları

18.08.2026 / 16:05
Doğum sürətlə azalır, ölüm sayı artır...

18.08.2026 / 16:01
Ermənistan-Azərbaycan sərhədində ticarət - Ermənistanın tekstil istehsalı Azərbaycan xammalına əsaslana bilər...

18.08.2026 / 15:56
Rusiyanın Ukraynadakı quru qoşunları ardıcıl şəkildə zəiflədilir... Necə?

18.08.2026 / 15:51
"Təhlükəsizlik bizim gündəliyimizdə prioritet olmağa davam edəcək"" - Prezident

18.08.2026 / 15:49
Kedminin Azərbaycan tarixini hədəfə alan ritorikası - tarixi silmək cəhdi, yoxsa yeni siyasi təxribat?

18.08.2026 / 15:26
Prezident İlham Əliyev Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - FOTO

18.08.2026 / 13:58
Türkiyə Qara dənizdə alternativ logistika yaradır - İydərə limanı

18.08.2026 / 13:43
Bəşər Əsədin əmisi oğlu da edam cəzasına məhkum edildi...

18.08.2026 / 13:26
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı...

18.08.2026 / 13:20
Rusiyada miqrantlar üçün giriş tələblərinin daha da sərtləşdirilməsi təklif edildi...

18.08.2026 / 13:07
Tramp Məkkə sazişinə rişxənd elədi...(?)

18.08.2026 / 12:51
Husilər Saudi Aramco neft emalı zavoduna hücum etdi…

18.08.2026 / 12:36
Ukrayna ilk dəfə Rusiya daxilindəki hədəfləri Britaniya dronları ilə vurdu – Moskva Londonu hədələdi…

18.08.2026 / 12:14
Övladlarından ayrı qalan ana iki azyaşlı uşağına qovuşdu

18.08.2026 / 12:02
“Kərkükdən gələn səs”: unudulmuş nəğmələr yenidən səhnəyə qayıdır

18.08.2026 / 12:00
Yaponiyada Azərbaycanı tanıdan yeni kitab nəşr olunub

18.08.2026 / 11:46
Mətbuat Şurası Bəyanat yaydı

18.08.2026 / 11:41
Mətbuat Şurası Rusiya KİV-lərində Azərbaycana qarşı təhdidləri pislədi - BƏYANAT

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ