Bazar günü günü, 27 sentyabr 2026
     

Avtomovillər üçün bu komplektlərin icarəyə verilməsi hansı növ cinayətə aiddir?

Image


Elməddin Muradlı: "Yanğınsöndürən balonu 3 günlük alıb texniki baxışdan keçməklə dövlət qurumunu aldatmaq mümkündür, bəs yanğın hadisəsi baş verəndə nə olacaq?”

Şəmsəddin Əliyev: "Bu vasitələrin avtomobildə gəzdirilməsi məcburi olmamalıdır"

Mediada yayılan xəbərə görə, Bakıda avtomobillərin texniki baxışı üçün tələb olunan avadanlıqların icarəyə verilməsi ilə bağlı maraqlı vəziyyətdən bəhs olunur. Sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin yanğınsöndürən balon, ilkin tibbi yardım çantası və digər zəruri vasitələri qısa müddətlik icarəyə təklif etdiyi görünür. Bildirilir ki, bu avadanlıqların satış qiyməti 60 manat olduğu halda, icarə haqqı 20 manatdır.

Məsələ ictimai müzakirələrə səbəb olub. Sürücülərin bir qismi bunu praktik çıxış yolu kimi dəyərləndirsə də, digər tərəf təhlükəsizlik baxımından düzgün yanaşma olmadığını vurğulayır. Çünki bu vasitələr yalnız texniki baxışdan keçmək üçün deyil, fövqəladə hallarda istifadə üçün avtomobildə daimi saxlanılmalıdır.

Rəsmi qurumlar da bu cür yanaşmanın yolverilməz olduğunu bildiriblər. Qanunvericiliyə əsasən, avtomobildə zəruri avadanlıqların olmaması inzibati məsuliyyət yaradır və cərimə ilə nəticələnə bilər. Ümumilikdə, məsələ həm təhlükəsizlik, həm də qanuni tələblərə əməl olunması baxımından cəmiyyət üçün aktual olaraq qalır.

Jurnalistika və İnkişaf Mərkəzinin sədri, nəqliyyat eksperti Elməddin Muradlı məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, bu heç də xoşagələn hal deyil, çünki avtomobildə lazım olan həmin avadanlıqlar görüntü üçün olmamalıdır, onların müvəqqəti dövr üçün icarəyə verilməsi qəbul edilən hal deyil: "Məsələn, dərman qutusu avtomobildə necə müvəqqəti saxlanıla bilər? Düzdür, dərman qutusunun tərkibini müzakirə etmək olar, çünki o siyahıda elə dərmanlar var ki, yay fəslində yüksək temperaturda zərər verə bilər. Mən də bu istiqamətdə dəfələrlə araşdırma aparmışam, həkimlər də etiraf edir ki, bu dərmanların o temperaturda saxlanılması yolverilməzdir. Səhiyyə Nazirliyi bu siyahını təsdiqləyib, ona yenidən baxmaq olar. Amma qanun bunu tələb edirsə, dərman qutusu maşında olmalıdır. Qəza üçbucağı nişanı ona görə vacibdir ki, avtomobil texniki nasazlıq səbəbindən yolda qalanda bu qurğu təhlükəsizlik məqsədilə quraşdırılır, digər hərəkət iştirakçıları bu nişanı kənardan görüb manevr edib istiqamətini dəyişmək imkanına malik olsunlar. Bu olmadıqda qəza baş verir, hərəkət axınının ritmi pozulur, yollarda tıxaclar yaranır.

Yanğınsöndürən balonuna gəldikdə, bu da vacib elementdir, hər bir avtomobildə hər an olması vacibdir. Çünki həm qanunun tələbidir, həm də bu avadanlıq sürücünün əlinin altında olmayanda avtomobildə baş verən kiçik alov bəzən avtomobilin yanıb sıradan çıxmasına səbəb olur. Son illər belə hadisələr tez-tez baş verir. Sürücü bu balonu 3 günlük alıb maşında saxlayıb texniki baxışdan keçirməklə elə bilir ki, dövlət qurumunu aldatdı, bəs yanğın hadisəsi baş verəndə nə olacaq, onda da həmin icarəçi sürücüyə kömək edə biləcəkmi? İndi bu qədər deyiləndən sonra sürücülər özləri qərar versinlər: o vasitələri icarəyə götürmək, yoxsa alıb avtomobildə saxlamaq sərfəlidir? Bu vasitələr təxminən 55-60 manat xərc tələb edir, amma lazım olan anda sürücünün həyatını, əmlakının tamamilə sıradan çıxmasını sığortalaya bilər. Hər bir sürücünün bu vasitələri alıb avtomobildə saxlamağa imkanı çatır."

Hüquqşünas Şəmsəddin isə bildirdi ki, sürücülərin bu vasitələri avtomobillərində saxlamaması və ya texniki baxış üçün müvəqqəti icarəyə götürməsi inzibati məsuliyyət yaradır: "Bu cür fövqəladə hallar üçün nəzərdə tutulan vasitələrin sovetlər dönəmində də avtomobillərdə olması məcburi idi. Amma yanğınsöndürən balonun avtomobildə gəzdirilməsi bir qədər diskomfort yaradırdı. O vaxt avtomobillərin yük yerində həm tibb çantası, həm də kiçik yanğınsöndürən balon olurdu.

Hazırda populyar olan xarici avtomobillərdə çox nadir hallarda yanğın baş verir. Amma qəzaların sayı artıb və bu qəzalarda sürücülər həm xəsarət alır, həm də avtomobildə yanğın baş verə bilir. Yəni sözügedən vasitələr hazırda da aktualdır.

Mən düşünürəm ki, bu vasitələrin avtomobildə gəzdirilməsi məcburi olmamalıdır. Avtomobil sahibi özünün və əmlakının qayğısına qalmaq istəyirsə, qoy bu vasitələri gəzdirsin, istəmirsə də qoy öz həyatını və avtomobilinin taleyini riskə atsın. Bunu biz təbliğ edə bilərik, amma vətəndaşın ixtiyarına buraxmalıyıq. Avtomobil texniki baxışdan keçiriləndə bu vasitələr tapılmırsa, onda sürücüyə tövsiyə edilməlidir ki, bu vasitələr sizin təhlükəsizliyiniz üçündür, avtomobilinizi bu vasitələrlə təchiz edin".

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ