Aİ Neft Koordinasiya Qrupu Macarıstan və Slovakiya üçün Xorvatiyadakı Adriatik Boru Kəməri vasitəsilə Ukraynaya alternativ təchizat marşrutu təklif edib. Bu barədə Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen bildirib.
Xanım İtkonenin sözlərinə görə, Xorvatiya sanksiyaları nəzərə alaraq Rusiya neftinin daşınmasını qəbul etməyin hüquqi mümkünlüyünü araşdırır. Lakin qəbul edilməsi planlaşdırılan 20-ci Aİ sanksiya paketi Rusiya xam neftinin Avropa infrastrukturundan istifadə edilərək daşınmasına tam qadağa qoyacaq.
Qeyd edək ki, yanvarın 27-də Rusiya ilə Ukrayna arasında baş verən döyüşlər nəticəsində Rusiya neftini Ukraynadan keçərək Macarıstana və Slovakiyaya daşıyan "Dostluq" neft kəməri zədələnib və hələ bərpa olunmayıb. Öz növbəsində, Macarıstan və Slovakiya Ukraynanı dizel ixracını dayandırmaq və elektrik enerjisi təchizatını məhdudlaşdırmaqla hədələyiblər.
SAMİRƏ