Bazar ertəsi günü, 03 avqust 2026
     

Avtosalonlarda DYP-nin və kaskosığortanın adına böyük soyğunçuluq gedir...

Image


Azərbaycanda yeni avtomobillərin “faizsiz kreditlə” satışı ilə bağlı aparılan reklam kampaniyaları son illər geniş yayılıb. Avtosalonlar cəlbedici şüarlarla - “0%”, “faizsiz”, “ilkin ödəniş 50%”, “18 ay bölünmə” kimi ifadələrlə müştəriləri salona dəvət edir. Kağız üzərində təklif kifayət qədər sərfəli görünür. Məsələn, satış qiyməti 36 900 manat olan avtomobil üçün 50% ilkin ödəniş - 18 450 manat, qalan məbləğin isə 18 ay ərzində faizsiz bölünməsi. Lakin praktikada müştəri xəzinədarlığa yaxınlaşdıqda mənzərə tamamilə dəyişir.

Əgər 36 900 manatlıq avtomobilin yarısı – 18 450 manat ilkin ödəniş kimi nəzərdə tutulubsa, bu məbləğdən artıq vəsait tələb olunmamalıdır. Ancaq bizim nəzərdən keçirdiyimiz əqd halında ilkin ödəniş adı ilə 20 872 manat tələb edilir. Bu isə əsas məbləğdən 2 422 manat artıq ödəniş deməkdir. Bununla yanaşı, qalan 18 ay üçün aylıq ödəniş 1 025 manat olmalı olduğu halda 1 230 manat müəyyən edilir. Nəticədə müştəri 18 ay ərzində 18 450 manat deyil, 22 140 manat ödəyir. Yəni yalnız aylıq ödəniş fərqinə görə 3 690 manat artıq vəsait çıxır. İlkin mərhələdə artıq alınan 2 422 manat da əlavə ediləndə ümumi fərq 6 112 manata çatır. Beləliklə, 36 900 manatlıq avtomobil “faizsiz” təqdim edilsə də, faktiki ödəniş 43 012 manata yüksəlir.

Burada əsas sual yaranır: əgər satış “faizsiz” adlandırılırsa, artıq məbləğ nəyin hesabınadır? Satıcı tərəf bu fərqi müxtəlif adlar altında rəsmiləşdirə bilər – komissiya haqqı, xidmət haqqı, sənədləşmə xərci, sığorta, GPS qurğusu, nömrə qiyməti, sığorta haqqı və sair. Lakin mahiyyət dəyişmir: nəticədə müştəri əlavə ödəniş edir və bu, faktiki olaraq gizli faiz funksiyasını yerinə yetirir. Avtomobili hər hansı bir vətəndas alırsa, onun masınına nömrəni, GPS, sığortanı niyə avtosalon təşkil etməlidi? Burada maraq ondan ibarətdir ki, avtosalon bu aksesuarları 2-3 qat artıq qiymətə təqdim etməklə faiz məbləğini həmin aksesuarların qiymətində gizlədir.

İqtisadi baxımdan kreditin maya dəyəri müxtəlif başlıqlar altında bölüşdürülərək ümumi qiymətə əlavə olunur. Reklamda isə yalnız “0%” ifadəsi ön plana çıxarılır.

Əlavə xərclər sırasında DYP-dən GPS alınması adı ilə 177 manat göstərilməsi də sual doğurur. Halbuki bazarda analoji GPS qurğularının qiyməti 50-60 manat intervalında dəyişir. Eyni zamanda ilkin ödəniş üzərində 150 manat “komissiya haqqı”nın tutulması diqqət çəkir. Avtosalon bank deyil və kredit təşkilatı statusu daşımadığı halda komissiya tətbiq etməsi hüquqi və iqtisadi baxımdan mübahisəlidir. Əgər satış daxili maliyyələşdirmə mexanizmi ilə həyata keçirilirsə, bu zaman bütün xərclər açıq və şəffaf şəkildə müqavilədə göstərilməli, “faizsiz” ifadəsi isə reallığı əks etdirməlidir.

Məsələnin hüquqi tərəfi xüsusilə önəmlidir. Reklam haqqında qanunvericiliyə görə, istehlakçını çaşdıran, məhsulun real qiyməti və satış şərtləri barədə natamam və ya təhrif olunmuş məlumat verən reklam yolverilməzdir. “Faizsiz kredit” anlayışı istifadə edilirsə, bu, həqiqətən əlavə maliyyə yükü olmadan bölünmüş ödəniş demək olmalıdır. Əks halda bu, yalançı və ya aldadıcı reklam əlamətləri daşıyır. Digər tərəfdən, istehlakçı hüquqlarının qorunması ilə bağlı qanunvericilik məhsul və xidmətlərin qiyməti barədə şəffaf və aydın məlumat verilməsini tələb edir. Satış qiymətindən artıq vəsaitin müxtəlif adlar altında gizlədilməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilədirilir.

Bu sahədə dövlət nəzarətini həyata keçirən qurum Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Agentliyin əsas funksiyalarından biri bazarda ədalətli rəqabət mühitinin qorunması və istehlakçı hüquqlarının müdafiəsidir. Əgər bazarın əhəmiyyətli hissəsində eyni tipli “faizsiz, lakin faktiki faizli” satış mexanizmi tətbiq edilirsə, bu artıq sistemli problem kimi qiymətləndirilə bilər. Belə hallarda nəzarət orqanının araşdırma aparması, müqavilə şərtlərini və reklam materiallarını təhlil etməsi, pozuntu aşkar edilərsə inzibati tədbirlər görməsi zəruridir.

Digər tərəfdən, məsuliyyət yalnız dövlət orqanlarının üzərinə düşmür. İstehlakçılar da müqavilə imzalamazdan əvvəl bütün ödəniş cədvəlini tələb etməli, ümumi ödəniş məbləğini hesablamalı və reklam şüarı ilə faktiki rəqəmlər arasında fərqi müqayisə etməlidirlər. “Aylıq nə qədər ödəyəcəyəm” sualından əlavə, “ümumilikdə nə qədər ödəyəcəyəm?” sualı əsas olmalıdır. Çünki kreditin və ya daxili maliyyələşmənin real dəyəri məhz yekun ödəniş məbləğində özünü göstərir.

Nəticə etibarilə, “faizsiz kredit” adı altında həyata keçirilən satışlarda şəffaflıq təmin olunmadıqda, bu, həm hüquqi, həm də etik baxımdan ciddi problemlər yaradır. Avtosalonlar qısamüddətli satış artımı naminə uzunmüddətli etibar itkisi ilə üzləşə bilər. Bazarın sağlam inkişafı üçün isə açıq qiymət siyasəti, dürüst reklam və effektiv dövlət nəzarəti əsas şərtlərdir. Əks halda, “0%” şüarı yalnız reklam vitrini olaraq qalacaq, faktiki isə əlavə maliyyə yükü istehlakçının üzərinə düşəcək.

Bu yazıda biz ümumi mənzərəni cızmağa çalışdıq, amma növbəti məqalələrimizdə komkret avtosalonların qiymət cədvəllərini yayımlayacağıq.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan Putinin əsas iqtisadi təşkilatına qarşı daha sərt ritorikaya keçdi... “sonunuzdur...”

Azərbaycanın Orta Dəhlizində Almatıdan Britaniyaya qədər yeni qapı açıldı...

Sənədsiz ev problemi kəskinləşir, məsələnin həlli yeni dalana dirənib...

SON XƏBƏRLƏR

03.08.2026 / 22:31
İtaliya Avroittifaqa qanunsuz miqrantları Ermənistana göndərməyi təklif etdi...

03.08.2026 / 22:14
Azərbaycan Cənubi Qafqazın ən güclü hava qüvvələrini yaradır... - milyardlarla dollarlıq müqavilə, 40 yeni qırıcı...

03.08.2026 / 21:53
Paşinyan dəmiryolu ilə bağlı qəti qərar verdi - Rusiyadan geri alınır...

03.08.2026 / 21:35
ABŞ İrana "İkinci Dünya Müharibəsindən bəri görünməmiş" hücumlara hazırlaşır...

03.08.2026 / 21:22
Rusiya-Ermənistan çəkişməsi NATO mövzusuna da keçdi...

03.08.2026 / 21:08
Bakı türməsində cəza çəkən Vardanyanın arvadı şou düzəltmək istəyir...

03.08.2026 / 20:54
Vətəndaş müharibəsində ağlar da, qırmızılar da Rusiyanı sevənlər olub - Tarix dərslikləri köklü dəyişdirilir...

03.08.2026 / 20:39
Aşqabad Azərbaycanın Cənub Qaz Dəhlizi ilə çətin AGRİ marşrutunun arasında qalıb...

03.08.2026 / 20:26
Bakı ilə Bişkek Fondu 200 milyona qaldırdılar - 3 layihəyə start verildi...

03.08.2026 / 20:10
İranın neft zavodlarını, elektrik stansiya və körpülərini eyni vaxtda vurmaq planı -Tramp nə düzəldir...

03.08.2026 / 19:54
Bakıdan Qazaxıstana optik kabelin çəkilişi başladı...

03.08.2026 / 19:30
Zakir Həsənov hərbi attaşelərlə görüşdü

03.08.2026 / 19:16
Zelenski qışa qədər müharibəni bitirmək niyyətindədir...

03.08.2026 / 19:07
Bank kartları ilə 1 milyon 74 min manatlıq fırıldaqçılıq - Mərkəzi Bankdan açıqlama...

03.08.2026 / 18:50
Rusiya Ermənistan dəmiryoluna qoyduğu 396 milyon dolları tələb edir...

03.08.2026 / 18:35
İrəvan və Ankaranın artıq xüsusi elçilərə ehtiyacı yoxdur...

03.08.2026 / 18:19
Tramp yenə bir söz, İran rəsmiləri tamam başqa söz deyir - təmiz zarafata döndərdilər...

03.08.2026 / 18:00
"Hər şey ölkəmizin daxilindədir, qalan hər şey sadəcə sözlərdir"- respublika kənardan necə görsənir...

03.08.2026 / 17:51
Ceyhun Bayramov Estoniyanın yeni səfiri ilə görüşdü

03.08.2026 / 17:47
Mərkəzi Asiya ilə Azərbaycan vahidləşməsi bu cür baş verəcək...

03.08.2026 / 17:30
Əfqanıstanda Talibana qarşı "mollaların üsyanı" başladı

03.08.2026 / 17:17
Bakı Qızlar Universitetinin tələbələri başqa özəl universitetlərə köçürüləcək - müəllimlərə iş verilməyəcək...

03.08.2026 / 16:52
Mina qurbanlarının sayı 433 nəfərə çatdı - XİN beynəlxalq ictimaiyyətə çağırış etdi...

03.08.2026 / 16:45
Türkiyə Trampın qorxunc bəyanatını cavabsız buraxdı - İranla müharibə Ankaraya lazımdı?

03.08.2026 / 16:29
Rusiyada dəhşətli nağd pul böhranı başlayıb - banklar pul buraxmır...

03.08.2026 / 16:15
Vaşinqton ştatında meşə yanğınları davam edir - ən azı 600 ev külə döndü...

03.08.2026 / 16:09
Maliyyə Nazirliyi ciddi səbəbsiz belə yoxlamaya başlamaz - Qarabağ talanır?..

03.08.2026 / 16:01
Altı ayda 49 kişi məişət zorakılığına məruz qalıb...

03.08.2026 / 15:54
Türkiyə Hörmüz boğazının alternativinə 15 milyard dollar qoymalıdır - güc yetərmi...

03.08.2026 / 15:30
İranla müharibə ABŞ-ı çıxılmaz vəziyyətə saldı - ordu hərbi mütəxəssislərdən kömək istədi...

03.08.2026 / 15:17
SOCAR “ITOCHU” korporasiyasının “Azəri-Çıraq-Günəşli”dəki payını aldı

03.08.2026 / 14:50
Ukrayna nəhəng Rusiya şirkətini çökdürür - Wildberries anbarlarının 20%-dən çoxunu itirdi...

03.08.2026 / 14:32
Rubinyan Ermənistan parlamentinin sədri seçildi...

03.08.2026 / 14:17
İran ABŞ-la gizli danışıqları təkzib etdi və Hörmüz şərtini açıqladı – “...irəliləyiş olmayacaq”...

03.08.2026 / 14:01
Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

03.08.2026 / 13:56
Bosfor Qitələrarası Üzgüçülük Yarışı 38-ci dəfə keçiriləcək

03.08.2026 / 13:22
Azərbayanda avtonom nəqliyyat vasitələri tətbiq ediləcək - dövlət rüsumu müəyyənləşdi

03.08.2026 / 13:16
Prezident Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqlədi

03.08.2026 / 13:11
Sahibkarlardan 200 min rüşvət alan vəzifəli vergi işçiləri həbs olundu...

03.08.2026 / 12:50
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verdi

03.08.2026 / 12:33
Ağdərədə minaya düşən şəxslərin vəziyyəti açıqlandı

03.08.2026 / 12:21
Kartdan-karta köçürmələrə limit qoyulmasının səbəbləri açıqlandı...

03.08.2026 / 12:15
Buzovnada bir ailənin 3 üzvü dənizdə batdı - biri xilas olundu, digərinin meyiti tapıldı, axtarışlar davam edir...

03.08.2026 / 12:05
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib - FOTO

03.08.2026 / 11:56
Səhiyyə Nazirliyi “Sandoz Pharma”a aid məlumatları “saxta” adlandırdı

03.08.2026 / 11:41
Pentaqon indi də İrana kreativ yollarda təsir göstərmək istəyir…

03.08.2026 / 11:18
Ağdərədə 2 nəfər minaya düşdü...

03.08.2026 / 11:15
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək oldu

03.08.2026 / 10:58
İtaliya bir sıra ölkələrdə miqrantlar üçün sığınacaq təklifi edəcək - sırada Özbəkistan və Ermənistan da var…

03.08.2026 / 10:40
Tramp Hörmüzün həll olunduğunu deyir - sıradakı nüvə razılaşmasıdır…

03.08.2026 / 10:26
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlandı

03.08.2026 / 10:08
BTQ Korsika Assambleyasına çağırış etdi - Fransa xarici siyasətinin alətinə çevrilməyin...

03.08.2026 / 09:24
Rinqə erməni bayrağı ilə çıxdı - bu da tacik…

03.08.2026 / 09:20
6 nəfər yəhudi Qüdsdəki erməni kilsəsinə tüpürdü, video yaydı...

03.08.2026 / 07:32
Tramp İranla danışıqların yenidən başlayacağını anons etdi

02.08.2026 / 17:21
Netanyahu Ukraynaya “Dəmir Qübbə” sistemlərinin yerləşdirilməsinə veto qoydu – “İranın əlinə keçə bilər”...

02.08.2026 / 16:56
Rusiyadan Kiyevə qisas hücumu - Ukraynanın onlayn satış şirkətinin ən böyük anbarı gün ərzində ikici dəfə bombalandı...

02.08.2026 / 16:19
Türkiyə qoşunları İsrailin şimal sərhədinə yerləşdirilir - Ərdoğandan Livana təklif...

02.08.2026 / 15:50
İran Trampın Hörmüz iddialarını təkzib etdi – boğazla bağlı heç bir razılaşma yoxdur...

02.08.2026 / 15:07
Paşinyan yenidən baş nazir təyin edildi...

02.08.2026 / 14:43
Xərçəng xəstəliyinin müalicəsində böyük irəliləyiş - Moskvadan ümidverici xəbərlər gəldi...

02.08.2026 / 14:25
Ukrayna Rusiyanın daha bir neft zavodunu bombaladı...

02.08.2026 / 14:08
Ukrayna dronları Wildberries-in Samaradakı anbarını da vurdu - VİDEO

02.08.2026 / 13:57
Trampın İrana hücum qərarını Səudiyyənin xəbərdarlığından sonra ləğv etdiyi ortaya çıxdı...

02.08.2026 / 12:30
Ermənistan parlamenti ilk iclasına qalmaqalla başladı

02.08.2026 / 11:36
"Qazprom"un törəmə müəssisəsinin üç top meneceri eyni anda həbs edildi - rüşvətxorluq…

02.08.2026 / 11:30
Ermənistanda hökumət istefaya getdi

02.08.2026 / 10:12
İşlədiyi mağazanı soyan şəxs saxlandı

02.08.2026 / 09:33
Tramp Azərbaycanı "viza girovları" siyahısına salmadı...

02.08.2026 / 09:00
Əraqçı Səudiyyə nazirini üzünə hədələdi - “sizi də vuracağıq...”

02.08.2026 / 00:50
ABŞ Yaxın Şərqdə 10 ölkə ilə bağlı xəbərdarlıq etdi - ölkəni tərk etməyə hazır olun...

01.08.2026 / 23:44
Müharibədə qorxulan oldu - Rusiya NATO ölkəsinin səfirliyini vurdu...

01.08.2026 / 23:35
Moskvanın mərkəzində güclü partlayış – ölənlər və yaralananlar var...

01.08.2026 / 23:27
Reuters: "İran 4 milyard dollarlıq sanksiyadan yayınma əməliyyatında qanunsuz qumar şəbəkəsindən istifadə edib"

01.08.2026 / 21:25
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - FOTO

01.08.2026 / 19:10
Amerikalı professordan iddia - Rusiya Odessanı da işğal edəcək...

01.08.2026 / 18:32
ABŞ İranın dron şirkətini hədəf aldı - məlumat verənlərə 15 milyon dollar mükafat vədi...

01.08.2026 / 17:48
Litva baş nazirinin doktorluq dissertasiyası plagiat çıxdı – araşdırmalar başladı...

01.08.2026 / 17:11
Tehran ABŞ və İsraili hədələdi - İran infrastrukturuna hücum olsa...

01.08.2026 / 16:54
Türkiyədən İrana xəbərdarlıq... Hücum etməyin, əks təqdirdə, İsraillə yaxınlaşacaqlar...

01.08.2026 / 16:01
ABŞ və İsrail İranın enerji obyektlərini bombalamağa hazırlaşır - elektrik stansiyaları, neft zavodları vurulacaq...

Azərbaycan ətraf mühitin mühafizəsini iqtisadi tərəqqisinin yeni təməl daşına çevirir

XƏBƏR ARXİVİ