“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsi olan Rəşt-Astara dəmir yolu layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-də başlanacaq. Bunu Rusiyanın energetika naziri Sergey Tsivilyov jurnalistlərə deyib.
O bildirib ki, tərəflər əvvəllər layihənin başlanmasını gecikdirən bütün mübahisəli məsələləri, o cümlədən torpaq qeydiyyatı və lazımi güzəştlərin əldə edilməsi problemlərini həll edə biliblər. Nazir qeyd edib ki, layihənin başlanması ilə bağlı yekun razılaşmanın aprelin 1-də Rusiyada keçiriləcək Nəqliyyat Həftəsi zamanı imzalanması planlaşdırılır.
ZÜMRÜD