BP bütün tarixi ərzində Azərbaycandakı layihələrə təxminən 87 milyard dollar sərmayə qoyub.
Bunu jurnalistlərə açıqlamasında BP-nin Azərbaycan, Gürcüstan və Türkiyədə qazma üzrə vitse-prezidenti Rassel Morris bildirib.
Bu, BP-nin Azərbaycanda fəaliyyətə başladığı gündən bəri yatırdığı vəsaitin ümumi həcmini ifadə edir.
Morrisin sözlərinə görə, şirkət yataq inkişaf etdikcə müasir istehsal texnologiyalarının inkişafına sərmayə qoyur. Xüsusilə, təxminən 4,5 milyard barel neft vurulan yetkin Azəri-Çıraq-Günəşli yatağında daha mürəkkəb istehsal üsulları tələb olunur.
Morris qeyd edib ki, BP Mərkəzi Azəri yatağında 1 kilometrdən çox dərinlikdə quyu qazıb. Quyudan gündəlik 7500 barel neft hasil olunur.
SAMİRƏ