Venesuela hökuməti neft qanunvericiliyinə dəyişiklik edib. Xarici medianın yazdığına görə, Venesuela parlamentinin qəbul etdiyi yeni qanunla özəl şirkətlərin neft hasilatı və emalında iştirakına icazə verilib. İndiyədək qanunvericilik yalnız dövlət şirkətlərinin neft hasil etməsinə icazə verirdi. Dəyişiklikdən sonra Venesuelada fəaliyyət göstərən istənilən müəssisə neft sektorunda işləyə bilər.
Yeni qanun beynəlxalq şirkətlər, xüsusən də ABŞ korporasiyaları sevinclə qarşılayıb. Qanun yaxın həftələrdə ikinci oxunuşa təqdim ediləcək. Ekspertlərin fikrincə layihənin qəbul ediləcəyi şübhə doğurmur.
İradə SARIYEVA