Bazar ertəsi günü, 28 sentyabr 2026
     

"Yeni biznes qurmaq üçün ən ideal məkan internetdir" - Subut Mehdiyev yazır

Image


İnternet bütün bizneslərin gələcəyidir və birmənalı olaraq biznes internetdə olmalıdır. Yeni biznes qurmaq üçün ən ideal məkan internetdir. Bu baxımdan da elektron ticarət yeni iqtisadiyyatın ən əsas elementlərindən biri olduğu üçün bu gün dünyanın inkişaf etmiş ölkələrində aparılan ticarətin yarıdan çoxu elektron üsulla həyata keçirilir. Yəni, insanlar online şəkildə, internet vasitəsilə almaq istədikləri malı sifariş edib əldə edirlər. Xüsusilə də inkişaf etmiş ölkələrdə elektron ticarət geniş yayılıb. Böyük şirkətlər, ticarət qurumları bu sahəyə xüsusi önəm verirlər.

Elektron ticarətin çoxlu sayda müsbət və mənfı xüsusiyyətləri var. E-ticarətin ən böyük üstünlüyü, zamandan və məkandan asılı olmayaraq dünyanın istənilən bir yerindən və istənilən saatda müştərilərə alış-veriş etmək imkanı yaratmasıdır. Bu da İstifadəçilərin məhsul və xidmətlər haqqında daha asan və sürətli məlumat əldə etməsini təmin edir. həmçinin İşlətmə xərclərini azalda bilər. Yəni, internet üzərində qurulmuş "online mağaza" fıziki olaraq qurulmuş mağazalara nisbətən daha az xərc tələb edir və əlavə xərcləri minimuma endirir. Elektron ticarət zamanı alıcı vaxta və pula qənaət edir, dövlət isə vergi sistemində şəffaflığa nail olur. Belə ki, elektron ticarət zamanı ödəmələr onlayn üsulla aparıldığından bütün hesablaşmalar qeydə alınır və vergiyə cəlb olunur, nəticədə vergidən yayınma halları praktik olaraq mümkün olmur. İş sahiblərinə (satıcılara) real həyatda edə bilməyəcəklərini etmə imkanını təmin edir. Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət sahələrində elektron ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya) almalıdır. Elektron ticarət elektron ödəniş xidınətiərinin inkişaf etməsinə və nağdsız dövriyyənin yüksəldilməsinə şərait yaradır. Elektron ticarətin çatışmazlığına gəlincə, internet üzərindən edilən alış-verişdə müştərinin məhsulu canlı olaraq görmək və araşdırmaq şansı yoxdur. Ancaq firmalar məlumatlandırma və daha yaxşı müştəri təcrübəsi yaratma mövzusunda müxtəlif yaxşılaşdırmalar edərək bu nisbəti aradan qaldırmağa çalışırlar.

Elektron ticarətdə böyük problem olaraq təhlükəsiziik problemi qalmaqdadır

Elektron ticarətdə böyük problem olaraq təhlükəsiziik problemi qalmaqdadır. Potensial müştərilər İnternet üzərindən edilən alış-verişdə kredit kartı istifadəsindən çəkinirlər. Son dövrdə geniş yayılan alternativ ödəmə sistemləri və kredit kartı ödənişləri daha etibarlı hala gətirən xidmətlər sayəsində bu təhlükə aradan qaldırılmağa başlamışdır. Virtual alış-veriş xidməti edən fırmalar, kredit kartı məlumatlarının təhlükəsizliyi və gizliliyini təmin etmək üçün geniş şəkildə yayılmış bir çox təhlükəsizlik standartlarından istifadə etməkdədirlər. Məhsulu satın alan müştəri çatdırılma müddəti boyunca gözləmək məcburiyyətindədir. Bunun qarşısını almaq üçün dünyanın nəhəng elektron ticarət saytlarının havadan çatdırılma xidmətindən istifadə etməyə başlayıb.

Qeyd edək ki, Azərbaycanda «Elektron ticarət haqqında» qanun 2005-ci ildə qəbul olunub. Lakin internet üzərindən ödəmə sistemi olmadığından, Azərbaycanda bu sahədə ilk addımları 2008-ci ildə atılıb. Elektron ticarətin genişləndirilməsi və elektron ödəmə sistemlərinin inkişaf etdirilməsi Azərbaycanın dövlət olaraq üzərinə götürdüyü öhdəliklərindən biridir. Elektron ticarətin inkişafı «Elektron hökumət» Dövlət Proqramının da prioritetlərindən biri hesab olunur. 2008-ci il dekabrın 2-də «SilverKey Azərbaycan» şirkəti Azərbaycanda ilk dəfə olaraq «Visa» və «MasterCard» tərəfindən xüsusi lisenziya almış «GoldenPay» adlı onlayn ödəmə sistemi qurub, şirkətlərə və dövlət qurumlarına təqdim edib.

Xatırladaq ki, elektron ticarət vasitəsilə istədiyimiz məhsulu istər ölkədaxili, istərsə də xarici ölkələrdən sifariş etmək mümkündür. Bizdə isə ölkə vətəndaşları daha çox internet vasitəsilə maşın, mobil telefon, xüsusilə qadınlar üçün geyim, kosmetik vasitələr və ucuz zinət əşyaları sifariş verirlər. İnternet vasitəsilə həyata keçirilən satışların qiymətləri də adi satış qiymətindən çox aşağı olur. Həmçinin sifariş edərkən maksimum vaxt itkisinə, həm də pula qənaət edilir. Bu baxımdan da 2008-ci ildən başlayaraq Azərbaycanda elektron ticarət geniş yayılıb.

2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda pərakəndə elektron ticarət dövriyyəsi haqqında məlumatda ilkin rəqəmlər mövcud olsa da, *həmin dövr üzrə **elektron qaydada satılmış məhsulların ümumi dəyəri barədə birbaşa məlumat Dövlət Statistika Komitəsinin hesabatlarında daha sonra dərc olunur, ancaq ilkin məlumatlar göstərir ki, yanvar-may dövrü 98,9 milyon manatdır, bu da böyük artım olduğunu göstərir.

bildirilir ki, 2025-ci ilin ilk 9 ayında ölkə üzrə pərakəndə ticarət dövriyyəsi vergi daxil olmaqla 13 milyard 445 milyon manat təşkil edib. Bunun 4,76 milyaprd manatı 3-cü rübün, yəni son 3 ayın (iyul-avqust-sentyabr) payına düşür.

Əvvəlki ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində 1,45 milyard manat və ya 12% artım var.

Pərakəndə ticarətin 3-də biri ərzaq malları, içkilər və siqaretin payına düşür.

Belə ki, bu ilin ilk 9 ayında ərzaq malları, içkilər və siqaretlər üzrə pərakəndə ticarət dövriyyəsi 4 milyard 380 milyon manat olub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu mallara xərclənən vəsaitlər 686 milyon manat və ya 18,6% artıb.

Amma pərakəndə ticarət sahəsində ən böyük artım elektron ticarətdə baş verib. İlk 9 ayda elektron ticarət dövriyyəsi 170 milyon manat olub. Bu əvvəlki ilin eyni dövrinə nisbətən 75 milyon manat və ya 80% artıb. Xatırladaq ki, ötən ilin ilk 9 ayında elektron ticarət dövriyyəsi 95 milyon manat olmuşdu.

Son bir ildə POS-terminallar üzrə dövriyyə 4 milyard 432 milyon manata çatıb

Son bir ildə POS terminallar üzrə dövriyyə isə təqribən 1 milyard manat artaraq 4 milyard 432 milyon manata çatıb. Ötən ilin eyni dövründə POS-terminallardan 3 milyard 589 milyon manat olmuşdu.

Müqayisə üçün qeyd edək ki, ABŞ-da ticarətin 80, Avropada isə 60 faizii elektron şəkildə aparılır. Ona görə də dövlət büdcəsində vergilərin xüsusi çəkisinin az olmasını nəzərə alsaq, Azərbaycan hökuməti bu sahəni inkişaf etdirməkdə birbaşa maraqlı olmalıdır. Bununla da, vergidən yayınma halları minimuma enər və büdcədə vergilərin töhvəsi nəzərəçarpacaq dərəcədə artar. Neft sektorundan daxilolmalar hesabına formalaşan dövlət büdcəsi üçün xarakteristik hal olan fiskal-dayanıqlılıq riski kəskin şəkildə azalar. Təsəvvür edin ki, ticarət əməliyyatlarının 60 faizinin elektron şəkildə aparılması, dövlət büdcəsində vergilərin payını necə artmış olar.

Ölkədə elektron ticarətin inkişafı üçün ilk növbədə insanları bu sahəyə cəlb etmək lazımdır. Bunun üçün isə, müəyyən güzəştlər tətbiq edilməli və konkret addımlar atılmalıdır. Məişət, ticarət obyektləri, restoranlar, əyləncə mərkəzlərində ödəmələrin onlayn həyata keçirilməsi üçün xüsusi cihazların quraşdırılmalı, nəqliyyat sistemində isə «Smartkart» tipli ödənişlərin həyata keçirilməsinə başlanılmalıdır.

Vurğulamaq lazımdır ki, ölkəmizdə internetdə biznes qurmaq istəyən insanların böyük əksəriyyəti biznes barədə elementar baza məlumatlara sahib deyillər. Xüsusilə də internet biznes quranlar gənc, korporativ biznes təcrübəsi olmayan insanlardır. Bütün bunlara görə də insanlarda elektron ticarət vərdişi yaratmaq üçün müəyyən maarifləndirmə kampaniyaları həyata keçirilməlidir.

Bildirilir ki, Azərbaycan qanunları elekton ticarəti dəstəkləyir. Bu mənada mövcud qanun bu sahədə fəaliyyət göstərən sahibkarın və bu xidmətdən yararlanan insanların hüququnu müdafiə edir. Belə ki, 10 may 2005-ci il tarixli «Elektron ticarət haqqında» qanunda elektron ticarətin təşkilini, həyata keçirilməsini, qanunvericiliyin şərtləri və bu şərtlərin pozulduğu halda sahibkarın daşıdığı məsuliyyətdən bəhs edilir.

Sahibkar alıcıya və səlahiyyətli orqanlara yanlış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu formada məsuliyyət daşıyır

Əgər onlayn alış-veriş zamanı mübahisəli bir məsələ yaranarsa, ödəmədə və malın keyfiyyətində bir narazılıq olarsa, bu qanunla tənzimlənir. «Elektron ticarət haqqında» qanunun 11-ci və 13-cü maddələrində bildirilir ki, sahibkar alıcıya və səlahiyyətli orqanlara yanlış məlumat verdiyinə görə qanunda nəzərdə tutulduğu formada məsuliyyət daşıyır. Yəni veb-alver deyib istədiyini edə bilməzsən, bu sahədə fəaliyyət göstərmək istəyirsənsə qanunlara əməl etməlisən.

Əsas məqam isə ondan ibarətdir ki, məhsulun ünvana çatdırılması zamanı yaranan hər hansı problemə görə məsuliyyəti sahibkar daşıyır. Əgər məhsul ünvana çatmazsa alıcının məhsul üçün öncədən ödədiyi məbləği sahibkar ödəyir. Məhsul sığortalıdırsa, sığorta şirkəti məhsulun yox olma, itmə və ya məhv olma səbəblərini araşdırır, əgər qanunlar çərçivəsindən çıxılmayıbsa o məhsulun sığortası sığorta şirkəti tərəfindən ödənilir.

Qanun digər bir əsas məqamı isə istehlakçılara internetdə fırıldaqçıların toruna düşməmək üçün bəzi tövsiyələr də verib. belə ki, istehlakçı mal sifariş etdiyi saytlara xüsusi diqqət yetirməlidir. Heç bir halda tanınmamış, adı duyulmamış, məşhur olmayan saytlardan alış-veriş etmək olmaz. Bundan başqa, onlayn ödəmə qaydası tətbiq edilməyən saytlardan uzaq durmaq lazımdır. Digər tərəfdən, fırıldaqçı "online alverçilər" daha çox arıqlamaq üçün vasitələr, ucuz kosmetika və işlənmiş elektronika təklif edir. Bir çox hallarda tanınmış firmaların mallarının saxtası təklif olunur. Bu baxımdan malı təslim edən şəxsdən kimliyini təsdiq edən sənədi tələb etmək lazımdır. Eyni zamanda, saytın və təmsil etdiyi şirkətin faktiki ünvanını və telefonunu öyrənmək olduqca vacibdir. Həmçinin tövsiyə olunur ki, istehlakçı həm də alacağı mal haqqında ətraflı məlumat öyrənsin, çünki malı bəyənmədiyi təqdirdə geri qaytarmaq üçün tutarlı əsaslar olmalıdır.

Xüsusən də saytda onlayn ödəmə edərkən bəzi məqamlara diqqət yetirilməsi zəruridir. Ödəmə edilən bölməni tıklayanda saytın üzərində deyil, kənardan əlavə səhifə açılırsa, ödəmə etmək təhlükəlidir. Bundan başqa, ödəmə səhifəsi dərhal açılmamalıdır, açılma prosesi saytın yüklənməsi prosesi kimi olmalıdır. Başqa bir məqamda isə istehlakçı bu kimi məsələlərə diqqət yetirərsə, onlayn alış-veriş zamanı onun aldadılması minimum səviyyəyə düşə bilər.

Belə hallardan sığortalanmaq hələ də mümkün olmayıb

Qeyd edək ki, internetdə ticarət zamanı fırıldaq yolu ilə elektron hesabların və hesablardakı vəsaitin oğurlanması hallarına dəfələrlə rast gəlinib. Dünyanın aparıcı elektron ticarət portalları belə halların qarşısını almaq üçün milyonlarla dollar xərcləyirlər. Lakin görülən bütün tədbirlərə baxmayaraq, belə hallardan sığortalanmaq hələ də mümkün olmayıb.

Vətəndaşların onlayn alış-veriş zamanı aldadılmasına əsas səbəb kimi bu ticarət növündə təhlükəsizlik mexanizmlərinin çox zəif inkişaf etməsi əsas məqamdır. Plastik kartın məlumatlarının üçüncü şəxs tərəfindən götürülə biləcəyinin də insanlarda narahatlıq yaratdığı hər kəsə bəllidir. Bu mənada onlayn ticarətdə yaranan problemlər sənədləşmə, məlumatsızlıqla bağlı olur. Bundan başqa, onlayn ticarətlə məşğul olanlar istəyirlər ki, tez bir zamanda qoyduqları vəsaitdən bir neçə dəfə çox gəlir əldə etsinlər. Başqa bir məsələ vergilərlə bağlıdır ki, burada hansı güzəştlərin tətbiq olunması da onların maraq dairəsinə düşən əsas şərtlərdir. Bu gün bəzi çatdırılma şirkətləri ilə mağazalar arasında münasibətlər düzgün formalaşmasının şahdi oluruq. Bu da investorları onlayn ticarətdən müəyyən qədər çəkindirir. Digər tərəfdən, təhlükəsizlik məsələsində hər iki tərəfin üzərinə böyük öhdəliklər qoyur. Məsələn, alıcıların kompüterində qanunsuz proqramların olması, vətəndaşlar tərəfindən önləyici tədbirlərin görülməməsi problemlər yaradır.

Bu baxımdan onlayn ticarətdə təhlükəsizliyin təmin olunması üçün alıcılar bir neçə plastik kartdan istifadə edə bilərlər. Həmçinin antivirus proqramları qaydasında olmalıdır. Bununla bağlı dövlət vətəndaşlar arasında maarifləndirici tədbirlər həyata keçirməlidir. Bunların qarşısının alınması üçün təhlükəsizlik qurumları kibercinayətlərin aşkarlanması ilə bağlı işlər aparmalı və mütəmadi olaraq məlumatlar verilməlidir ki, insanlar arasındada bu sahəyə inam yaransın.

Subut Mehdiyev



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ