çərşənbə axşamı günü, 11 avqust 2026
     

Elektromobil sahibləri 400 manat cərimə edilir - məmur özbaşınalığı...

Image


Elektrik avtomobillərin sapravja problemi

Elektromobillərin sayının artması ilə onların enerji ilə təmin olunması ciddi problemə çevrilib. Bir çox sürücü avtomobilinə enerji doldurmaq üçün saatlarla şarj məntəqələrində növbə gözləməli olur. Bu vəziyyətdə ən məntiqli çıxış yolu kimi vətəndaşın öz yaşadığı evdə və ya binanın həyətində avtomobilini enerji ilə təmin etməsi görünür. Lakin mövcud qaydalara görə, çoxmənzilli binaların həyətində abonentin sayğacından keçən elektrik şəbəkəsindən elektromobilə enerji yığmaq qadağandır və bu hal cərimə ilə nəticələnə bilər. Sürücülər bildir ki, buna görə 400 manat cərimə tətbiq edilir. Bu da sürücülər arasında haqlı narazılıq yaradır, çünki istifadə olunan elektrik enerjisinin haqqı onsuz da tam şəkildə ödənilir.

Qadağanın səbəbi ilk baxışda məntiqsiz görünsə də, məsələ təkcə ödənişlə bağlı deyil. Əsas problem elektrik şəbəkəsinin texniki imkanları və təhlükəsizlik riskləridir. Vətəndaşın mənzilinə çəkilən 220 voltluq xətt məişət avadanlıqları üçün nəzərdə tutulub və elektromobil kimi uzun müddət fasiləsiz yüksək güc tələb edən yüklər üçün hesablanmayıb. Xüsusilə köhnə binalarda naqillərin köhnəlməsi, transformatorların məhdud gücü və ümumi şəbəkənin zəifliyi bir neçə avtomobilin eyni vaxtda enerji yığması zamanı ciddi risklər yarada bilər. Bu risklər naqillərin qızması, elektrik şəbəkəsində yüklənmə və yanğın təhlükəsi ilə nəticələnə bilər.

Təhlükəsizlik məsələsi də mühüm rol oynayır. Həyətdə və ya açıq məkanda uzadıcı kabellərdən və uyğunlaşdırılmamış şəbəkələrdən istifadə etmək ehtimalı yüksəkdir. Yağış, rütubət və torpaqlamanın düzgün qurulmaması həm elektrik vurması, həm də yanğın baxımından təhlükəlidir. Belə hallarda baş verə biləcək qəzalara görə məsuliyyətin kimə aid olacağı da aydın deyil. Məhz bu qeyri-müəyyənlik dövlət qurumlarını daha sərt yanaşmaya vadar edir.

Hüquqi tərəfdən isə məsələ abonent müqavilələri ilə tənzimlənir. Elektrik enerjisi məişət məqsədləri üçün verilir və elektromobil nəqliyyat vasitəsi olduğu üçün onun enerji yığımı bu çərçivədən kənar istifadə kimi qiymətləndirilir. Bu da qayda pozuntusu hesab olunur və cərimə tətbiqinə əsas yaradır. Xüsusi şarj məntəqələri isə elektromobillər üçün ayrıca layihələndirilmiş şəbəkəyə malikdir, burada yüklənmə nəzarətdə saxlanılır, təhlükəsizlik sistemləri mövcuddur və ümumi elektrik şəbəkəsinə düşən yük balanslaşdırılır.

Bununla belə, elektromobillərin komplektinə 220 voltluq şəbəkədən enerji doldurmaq üçün qurğu əlavə olunması müəyyən ziddiyyət yaradır. Bu qurğular əsasən müvəqqəti və ya fərdi həyət evi şəraitində, elektrik xətti gücləndirilmiş və qoruyucu sistemlər quraşdırılmış evlər üçün nəzərdə tutulur. Çoxmənzilli binaların həyətləri isə əksər hallarda bu şərtlərə cavab vermir.

Əsl problem ondadır ki, şarj infrastrukturu hələ kifayət qədər inkişaf etməyib və qadağalar alternativ mexanizmlər yaradılmadan tətbiq olunur. Halbuki bir çox xarici ölkələrdə bu məsələ qadağa yolu ilə deyil, nəzarətli icazə mexanizmi ilə həll edilir. Avropanın bir sıra ölkələrində vətəndaşın yaşadığı binada şarj nöqtəsi quraşdırmaq hüququ qanunla tanınır, yeni tikilən binalarda isə bu infrastruktur əvvəlcədən layihəyə salınır. ABŞ və Kanadada da bina idarəçiliyinin texniki imkan olduğu halda şarj qurğusunun quraşdırılmasına mane olmaq hüququ yoxdur.

Bu təcrübə göstərir ki, problem elektromobilin ev şəbəkəsindən enerji yığmasında deyil, bu prosesin nəzarətsiz və plansız şəkildə həyata keçirilməsindədir. Əgər ayrıca xətt, fərdi sayğac, sertifikatlı şarj qurğusu və rəsmi icazə mexanizmi yaradılsa, vətəndaşın öz abonent şəbəkəsindən elektromobilini təhlükəsiz şəkildə enerji ilə təmin etməsi mümkündür. Hazırkı vəziyyətdə tətbiq olunan qadağalar daha çox sistemin zəifliyini ört-basdır edir və sürücülərin gündəlik rahatlığını ciddi şəkildə məhdudlaşdırır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan və ABŞ prezidentləri arasında telefon danışığı olub

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

SON XƏBƏRLƏR

11.08.2026 / 14:43
Hörmüzün tezliklə açılacağına ümidlər azalır, neft bahalaşır

11.08.2026 / 14:24
Erməni radikallar Azərbaycanla sülhə mane olmağa çalışır...

11.08.2026 / 14:09
"Həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin" - DİN-dən xəbərdarlıq...

11.08.2026 / 13:57
Ermənistanda hakimiyyətlə TIR sürücüləri qarşıdurmada...

11.08.2026 / 13:41
Suriyadan TARİXİ QƏRAR - Bəşər Əsəd, qardaşı və əmisi oğlu barədə ölüm hökmü çıxarıldı

11.08.2026 / 13:18
Husilər Bab əl-Məndəb boğazında Səudiyyə gəmisini vurdu...

11.08.2026 / 13:05
Toyuna hazırlaşan bəy ailəsi ilə birlikdə həlak oldu - Balakəndəki dəhşətli qəzanın TƏFƏRRÜATLARI...

11.08.2026 / 12:51
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı

11.08.2026 / 12:34
Pianonun düymələrində saxlanmış bir Vətən: Züleyxa Abdullayevanın səsi insanlara bu cür çatır

11.08.2026 / 12:25
Sentyabrda Tehranda Xəzəryanı ölkələrin konfransı keçiriləcək...

11.08.2026 / 12:19
Tramp FİFA prezidentinin müdafiəsinə qalxdı - o, getsə...

11.08.2026 / 11:26
Rusiya Ermənistanı sıxışdırır - dekabra qədər vaxtınız var, qərar verin...

11.08.2026 / 11:15
NİİM aeroport yolundakı yeni qurğulara aydınlıq gətirdi - sürət ölçən cihaz deyil...

11.08.2026 / 10:52
Cənubi Koreya Zelenskinin çağırışını rədd etdi – silah və ya HHM sistemləri olmayacaq…

11.08.2026 / 10:24
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilir - Rusiya tarixi açıqladı…

11.08.2026 / 10:07
Ukrayna Wildberries-in Voronejdəki anbarını da vurdu…

11.08.2026 / 09:52
Rusiyadan Zaporojyeyə irimiqyaslı hücum – şəhərə raket və idarə olunan bombalar atıldı…

11.08.2026 / 09:35
Kolumbiyada böyük dağıntı... Qırmızı həyəcan siqnalı verildi - zəlzələdə ölənlərin sayı artır…

11.08.2026 / 09:14
BDYPİ sürücü və piyadalara müraciət etdi - diqqətli və ehtiyatlı olun...

11.08.2026 / 08:27
Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu

11.08.2026 / 08:05
Livan-İsrail danışıqlarının növbəti raundu sentyabrda keçiriləcək - Əl-Cəzirə

11.08.2026 / 07:54
8 Özbəkistan vətəndaşı PUA hücumunda həyatını itirdi - Mirziyoyev Nijnekamska xüsusi qrup göndərdi

11.08.2026 / 07:42
Türkiyə Parlamenti PKK-ya əfv verən qanunu təsdiqlədi - PKK “Öcalan şərti” qoydu…

11.08.2026 / 07:25
Tramp Türkiyəni yemək furqonunda tərk edib? - şok təfərrüatlar açıldı

11.08.2026 / 07:07
İtaliya və İspaniya arasında miqrant münaqişəsi böyüyür - hətta turistlər də…

10.08.2026 / 23:36
Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməyə verir - Rusiya isə kənarda qalır…

10.08.2026 / 23:12
Tramp İranın "hərbi təzminat" tələbinə qarşı, "50 ildə öldürülən insanlara görə qan pul" istədi…

10.08.2026 / 22:36
ABŞ, Azərbaycan və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yaydı

10.08.2026 / 22:20
Türkiyə Ukrayna müharibəsində neytrallığına son qoyur...

10.08.2026 / 21:54
Avropaya anomal istilərin yeni dalğası gəlir…

10.08.2026 / 21:18
Xətai mübahisələri Azərbaycana xaricdən atılıb?...

10.08.2026 / 20:51
8 avqustdan sonra - Türkiyə və Ermənistan daxil yeni hərbi ittifaq ..(?)

10.08.2026 / 20:34
Mümkün ABŞ-İran razılaşmasında ŞOK detal… Hörmüzün açılması üçün 100 milyard – “Tramp müharibəni uduzdu”…

10.08.2026 / 19:59
Azərbaycan-ABŞ münasibətləri 34 illik zirvədə - indi nə lazımdır?

10.08.2026 / 19:41
Vaşinqton sazişinə imza atılmasaydı...Əliyevin Trampa məktubunda eyham...

10.08.2026 / 19:28
İran Trampdan sazişi pozduğuna görə ağır kompensasiya tələb etdi...

10.08.2026 / 19:10
"Dövlət qulluqçularını hədəf alan beynəlxalq kibercinayətkar şəbəkələrin bəzi iştirakçıları müəyyənləşdirilib" - DTX

10.08.2026 / 19:00
Paşinyan sülh üçün Qərbi Azərbaycan mövzusundan imtina istəyir...

10.08.2026 / 18:19
10 milyon manatlıq qanunsuz onlayn mərc şəbəkəsi ifşa edildi - 5 nəfər saxlandı - VİDEO

10.08.2026 / 17:54
Transxəzər Ticarət Fonduna ABŞ-dan 100 milyonlar axmağa başlayır...

10.08.2026 / 17:33
"NATO dağılır, Türkiyə çıxır" - Türkiyə-Səudiyyə-Pakistan sazişinin pərdəarxası...

10.08.2026 / 17:17
14 dövlətin "dəniz ittifaqının" ardınca Pakistan-Türkiyə-Səudiyyə Müdafiə Sazişi niyə imzalandı...

10.08.2026 / 17:12
Rusiya Suriyadakı bazalarına görə Bəşər Əsədi “qaytarır”...

10.08.2026 / 17:06
Avroparlamentdən Ərdoğan iqtidarına sərt sözlər – “...avtokratik bir addımdır”

10.08.2026 / 16:30
İran Hörmüz boğazının açılışı üçün yeni qiymət təyin etdi...

10.08.2026 / 16:22
8 avqust Vaşinqton sazişinin ildönümünü Moskva mütləq sükutla qarşıladı...

10.08.2026 / 16:11
Qara dənizdə Rusiya-Türkiyə ziddiyyətləri başladı - "su moratoriumu"...

10.08.2026 / 16:04
“İRƏVAN MƏSƏLƏSİ” – TARİXİ BƏLGƏLƏR İŞIĞINDA

10.08.2026 / 15:53
Marneulidə 8 avqust qəhrəmanlarının xatirəsi yad edilib

10.08.2026 / 15:50
“Azərbaycan – Gürcüstan dostluğu: Soydaşlarımız və Qarabağ (1990-2026)” adlı kitabın təqdimatı keçirilib

10.08.2026 / 15:35
Tehran Xəzərdə vurulan İran gəmisinə görə Kiyevdən təzminat istədi…

10.08.2026 / 15:18
Serbiyadan Ukrayna müharibəsi ilə bağlı xəbərdarlıq - daha böyük müharibənin astanasındayıq…

10.08.2026 / 15:02
AZAL Naxçıvan reysləri ilə bağlı sərnişinlərə müraciət etdi

10.08.2026 / 14:47
Moldova dron hücumuna görə, Rusiyadakı səfirini geri çağırdı

10.08.2026 / 14:31
Şimali Koreya Rusiyaya 120 ballistik raket, 50 min əsgər göndərir… Zelenski Cənubi Koreyaya səsləndi - "Bizə kömək edin"...

10.08.2026 / 14:10
Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqləndi

10.08.2026 / 13:47
Xəzər Konsorsiumuna hücumlar dayanmır - Qazaxıstan Azərbaycan üzərindən neft nəqlini artıra bilər...

10.08.2026 / 13:29
Almaniya diplomat adı ilə ölkəyə sızmış 80-dən çox rus agenti deportasiya etdi…

10.08.2026 / 13:25
Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib

10.08.2026 / 13:23
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edildi

10.08.2026 / 13:16
İran ABŞ və İsrail gəmilərinin Hörmüz boğazından keçişini rəsmən qadağan etdi…

10.08.2026 / 13:03
Husilər Səudiyyənin silah anbarlarına hücum etdi – çox sayda ölü və yaralı var…

10.08.2026 / 12:48
Yunus Oğuz – Tarixi romanın müasir nəfəsi

10.08.2026 / 12:35
Ukraynadan Tatarıstana kütləvi dron hücumu… Sənaye mərkəzi vuruldu - 12 ölü, 39 yaralı… - VİDEO

10.08.2026 / 12:32
Arxeoloqlar Azərbaycanda 3200 illik ritual mətbəx aşkar ediblər

10.08.2026 / 12:08
Tramp İranın artıq pulunun qalmadığını iddia etdi - "51 illik pis davranış”…

10.08.2026 / 11:22
Nazirlik kosmetoloqun işini alt-üst etdi - Baş Prokurorluğa da müraciət edildi...

10.08.2026 / 11:07
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib

10.08.2026 / 11:05
Litvanın Baş naziri Prezident İlham Əliyevə zəng etdi

10.08.2026 / 10:48
Deputat Baş nazirin başına yumurta çırpdı - VİDEO

10.08.2026 / 10:32
Moskva rəsmən təsdiqlədi - Bakıda Rusiya və Almaniya arasında gizli görüş olub...

10.08.2026 / 10:15
DYP velosipedçilərə müraciət etdi - mobil telefondan istifadə yolverilməzdir...

10.08.2026 / 10:09
Xərçəng Baydenin "sümüklərinə işlədi" - oğlu hələ güclü olduğunu deyir

10.08.2026 / 09:41
Füzulidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

10.08.2026 / 09:06
Rusiyada qızıl yatağında partlayış olub, ölən və yaralananlar var

09.08.2026 / 23:21
Rusiya və Suriya razılığa gəldi - Xmeymim və Tartusdakı rus bazaları təlim mərkəzinə çevrilir…

09.08.2026 / 22:51
Paşinyan Azərbaycan xalqına "8 avqust təbriki" içində düşmənçiliyini də ifadə etdi....

09.08.2026 / 21:35
XVIII-XIX əsrlərdə Bütöv Azərbaycan torpaqlarının tarixi-coğrafi təhlili...

09.08.2026 / 21:15
Dostuma məktub - Azərbaycan olaraq Türkiyə-Səudiyyə-Pakistan müdafiə ittifaqına qoşulmağa məhkum deyilik...

09.08.2026 / 16:50
ABŞ ilk dəfə olaraq Putinə də sanksiya tətbiq edir - layihənin arxasından bacı-qardaş senatorlar çıxdı…

09.08.2026 / 16:08
Polis istirahət zonalarında fasiləsiz xidmətini davam etdirir - FOTO

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ