Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasının tədarükü həyata keçirilib.
1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəri stansiyasından Ermənistana yola salınıb.
Neft məhsulları ilə yüklənmiş vaqonlar Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılır.
Xatırladaq ki, bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib.
ZÜMRÜD