Rusiyanın "Lukoyl" şirkətinin sahibi Vahid Ələkbərovdan xəbər var. Rusiya KİV-lərinin yazdığına görə, azərbaycanlı iş adamı yeni 2026-cı ilə uğursuzluqla başlayıb. Məlum olub ki, 75 yaşlı Azərbaycan əsilli rus iş adamının sərvəti yanvarın 1-dən bəri 2,72 milyard dollar azalıb. Hazırda "Lukoyl" şirkətinin əsas səhmdarının sərvəti 27,4 milyard dollar təşkil edir.
Mətləb