Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Bu barədə KİV-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, 9 noyabr 2025-ci il tarixindən Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə taxıl daşınmasına başlanılıb. 560 ton taxıl yüklü 8 vaqondan ibarət sonuncu qatar 23 dekabrda Ermənistana yola salınıb.
"İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə ümumilikdə 3500 tona yaxın taxıl yüklü 3 qatar göndərilib",-deyə qurumdan əlavə olunub.
ZÜMRÜD