Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin rəqabət qabiliyyətini daha da artıracaq. Orta Dəhlizin strateji əhəmiyyəti artıb, Azərbaycan isə əsas həlqələrdən biridir.
Bu sözləri Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
C.Yılmaz qeyd edib ki, Rusiya–Ukrayna müharibəsindən sonra Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları əhəmiyyətli dərəcədə artıb: “Bu baxımdan Orta Dəhlizin əsas komponentlərindən biri olan Azərbaycanla münasibətlər daha strateji xarakter alıb”.
Azərbaycanın həm regional, həm də qlobal miqyasda artan rolunu qeyd edən C.Yılmaz bildirib ki, ölkənin enerji sektorunda həyata keçirdiyi transformasiya prosesləri diqqətlə izlənilir.