Cümə axşamı günü, 14 may 2026
     

Azərbaycanda ÜDM-də aqrar sektorun payı az qala yox kimidir - cəmi 6 faiz...

Image


Akif Nəsirli: “Belə vəziyyətin əsas səbəbi istehsal olunan məhsulların aşağı əlavə dəyərə malik olmasıdır”

Azərbaycanda kənd təsərrüfatında 1.8 milyon nəfərə yaxın və ya ölkə üzrə məşğul əhalinin 35 faizindən çoxu çalışır. Ancaq buna baxmayaraq, aqrar sahənin Ümumi Daxili Məhsulda (ÜDM) payı cəmi 6 faiz ətrafındadır.

Belə ki, keçən il kənd təsərrüfatında adambaşına 1271 manatlıq, aylıq hesabla isə adambaşına 106 manatlıq məhsul istehsal olunub. Bütün bunlar aqrar sahədə əmək məhsuldarlığının çox aşağı olduğunu göstərir. Ötən il kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 12 milyard 995.2 milyon manat təşkil edib. 2025-ci ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul 1.1 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 0.4 , bitkiçilik məhsulları istehsalı 1.9 faiz artıb.

Maraqlıdır, Azərbaycanda aqrar sahədə əmək məhsuldarlığı niyə bu qədər aşağıdır? Niyə aqrar sahənin ÜDM-də payı cəmi 6 faizdir? Problem nədədir?

“Kənd təsərrüfatı əsasən xam məhsul istehsalı üzərində qurulub və bu məhsulların böyük hissəsi emal olunmadan satılır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən iqtisadçı-ekspert Akif Nəsirli hesab edir ki, Azərbaycanda kənd təsərrüfatında əmək məhsuldarlığının aşağı olmasının əsas səbəbi bu sahədə çalışan insanların sayının real istehsal həcminə nisbətən həddindən artıq çox göstərilməsidir: “Aqrar sahədə guya təxminən 1.8 milyon nəfər məşğuldur, lakin onların böyük hissəsi tam məşğulluq şəraitində çalışmır. Hökumət 1996-cı ilə torpaq payı almış ölkə vətəndaşlarının hamısını aqrar sadə məşğul əhali kimi tanıyır. Məsələn, mən və ailəm də torpaq payı almışam o vaxt, amma 20 ildir Bakıda yaşayırıq, aqrar sahəyə heç bir töhfə vermirik. Eyni zamanda bir çox ailələrdə bir neçə nəfər eyni təsərrüfatda işləyir, amma istehsal olunan məhsul artmır. Alternativ iş imkanları məhdud olduğu üçün insanlar kənd təsərrüfatında qalmağa məcbur olur və bu da gizli işsizliyin formalaşmasına gətirib çıxarır. Nəticədə eyni həcmdə məhsul çox sayda insan arasında bölünür və adambaşına düşən dəyər kəskin azalır. Digər mühüm səbəb texnologiya və mexanizasiyanın zəif inkişaf etməsidir. Kənd təsərrüfatında istehsalın böyük hissəsi hələ də əl əməyinə, köhnə texnikaya və aşağı məhsuldarlıqlı toxumlara əsaslanır. Müasir texnologiyaların geniş tətbiq olunmaması həm məhsuldarlığı aşağı salır, həm də istehsal xərclərini artırır. İnkişaf etmiş ölkələrdə bir fermerin yaratdığı istehsal dəyəri onlarla insanın əməyinə bərabər olduğu halda, Azərbaycanda bir fermer çox vaxt yalnız öz ailəsinin minimum tələbatını ödəyə bilir. Torpaq münasibətləri də məhsuldarlığa mənfi təsir göstərir. Torpaqların xırda paylara bölünməsi, kooperasiyanın zəif olması və iri təsərrüfatların azlığı miqyas üstünlüyündən istifadə etməyə imkan vermir. Kiçik sahələrdə müasir texnikadan səmərəli istifadə etmək çətin olduğu üçün istehsal parçalanmış və qeyri-effektiv qalır. Bu isə həm məhsulun həcmini, həm də keyfiyyətini məhdudlaşdırır. Aqrar sahənin ÜDM-də payının cəmi 6 faiz olmasının əsas səbəbi istehsal olunan məhsulların aşağı əlavə dəyərə malik olmasıdır. Kənd təsərrüfatı əsasən xam məhsul istehsalı üzərində qurulub və bu məhsulların böyük hissəsi emal olunmadan satılır. Emal sənayesinin zəif inkişafı əlavə dəyərin aqrar sahədə deyil, başqa ölkələrdə və ya başqa sektorlar hesabına formalaşmasına səbəb olur. Xam məhsul ucuzdur və ÜDM-ə verdiyi töhfə də məhdud qalır. Bundan əlavə, kənd təsərrüfatı sənaye, logistika və ixrac zəncirləri ilə zəif əlaqəlidir. Fermerlər bazara çıxışda çətinlik çəkir, qiymətləri formalaşdıra bilmir və risqləri təkbaşına daşımalı olurlar. Bu şəraitdə istehsalın genişləndirilməsi və məhsuldarlığın artırılması üçün stimul zəifləyir. Nəticədə aqrar sahə daha çox sosial məşğulluq funksiyasını yerinə yetirir, iqtisadi baxımdan isə zəif qalır. Ümumilikdə problem ondan ibarətdir ki, kənd təsərrüfatında çalışan insanların sayı göstərilsə də, yaradılan iqtisadi dəyər azdır. Əmək məhsuldarlığı aşağı, texnologiya zəif, emal səviyyəsi məhdud olduğu üçün aqrar sahə ÜDM-də kiçik paya malik olur. Bu vəziyyət dəyişmədiyi müddətdə kənd təsərrüfatı iqtisadi inkişafın əsas mühərrikinə çevrilə bilməyəcək və mövcud struktur problemləri davam edəcək”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Prezident İlham Əliyev və Mehriban Əliyeva Şükürbəyli kəndinə köçən sakinlərlə görüşdü - FOTO/YENİLƏNDİ

Gürcüstanla Rusiya Zəngəzur dəhlizinə alternativ hazırlayır - qonşumuzdan yeni davranış...

Azərbaycandan keçən yollar Avrasiyada müharibələrdən təsirlənməyən yeganə marşrut oldu...

SON XƏBƏRLƏR

14.05.2026 / 12:31
Nəzakət Məmmədova:"Redaksiyanın hazırladığı “Qələbə - 75” və “Qələbə - 80: Azərbaycan xalqının mübarizə əzmi” kitabları da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir"

14.05.2026 / 12:25
Nəzakət Məmmədova:"Bu cilddə İkinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında qısa ensiklopedik məlumatlar yer alıb"

14.05.2026 / 11:50
ABŞ-İran danışıqlarında 6 milyard dollarlıq iddia - DETALLAR ORTAYA ÇIXDI...

14.05.2026 / 11:35
Müharibənin bir günü Ukraynaya 450 milyona başa gəlir – XİN başçısı açıqladı...

14.05.2026 / 11:08
Prezident İlham Əliyev Paraqvay Prezidentinə məktub ünvanlayıb

14.05.2026 / 10:58
Prezidentin köməkçisi: "BMT TŞ-də Qlobal Cənubun ədalətli təmsilçiliyi təmin edilməlidir"

14.05.2026 / 10:41
"Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir" - Hikmət Hacıyev

14.05.2026 / 10:27
Ekologiya nazirinə birinci müavin təyin olundu

14.05.2026 / 10:15
Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir

14.05.2026 / 10:02
Unutmadığımız Sabir...

14.05.2026 / 09:55
Sahibə Qafarova Özbəkistana igetdi

14.05.2026 / 09:41
Dünyanın gözü Çində... Tramp və Cinpin görüşdü...

14.05.2026 / 09:30
Minimum əmək haqqı nə zaman artırılacaq? – Deputat açıqladı...

14.05.2026 / 09:10
Masallının icra başçısı ilə bağlı SENSASİYA – illər əvvəl girov götürülübmüş...

14.05.2026 / 08:47
WUF13 ilə əlaqədar 28 marşrutun hərəkət sxemi dəyişdirilir

13.05.2026 / 22:29
İmaməddin Xəlilov Avropa çempionatında gümüş medal qazanıb

13.05.2026 / 21:40
Ermənistana “canıyananlıq” edən Avropa liderlərinin 2020-ci ildəki sifətləri ifşa olundu...

13.05.2026 / 21:13
Rusiya XİN - Ermənistan bunları görməzdən gələ bilməz...

13.05.2026 / 20:37
Sərhəddəki Avropa missiyası Ermənistanı Azərbaycandan qoruya bilərmi?...

13.05.2026 / 20:01
Vasif Talıbov gedəndə Naxçıvanda cəmi 190 rəsmi işsiz var idi - 14500-ə çatıb...

13.05.2026 / 19:39
Nəzakət Məmmədova: “Təkcə həmin insanın özü şəhid olmur, onunla yanaşı ailəsi də şəhid olur”

13.05.2026 / 19:24
Məlahət İbrahimqızı: "Şəhərsalma və Memarlıq İlində Qərbi Azərbaycanın tarixi abidələri də təbliğ olunacaq"

13.05.2026 / 19:16
ABŞ prezidenti 9 il sonra Çində... Si Cinpin Trampın qarşısına İranla bağlı 4 maddəlik planla çıxacaq...

13.05.2026 / 19:08
"Minsk qrupu tarixdə riyakarlığın, ikili standartların və neokolonial düşüncənin simvolu kimi qalacaq" - Vüqar Rəhimzadə

13.05.2026 / 18:53
Əhlliman Əmiraslanov Türk dünyası parlamentarilər vakfının nümayəndələri ilə görüşdü

13.05.2026 / 18:45
Kaspirşikin Qarabağda cinayət əməllərinin maliyyə tərəfləri necə araşdırıla bilər?...

13.05.2026 / 18:32
İsrailli nazir ABŞ-ı hədəf aldı - təyyarələriniz bizə zərər verir, işğala son qoyun...

13.05.2026 / 17:58
Türkiyənin audit və konsaltinq şəbəkələrinə qarşı strateji əks-hücumu

13.05.2026 / 17:29
İsmayıllıdan könüllü müharibəyə getdi, Şuşada şəhid oldu - Tural Rəcəbalıyev...

13.05.2026 / 17:15
Putin Paşinyana 2 mürəkkəb seçim verdi - seçkiyə cəmi 25 gün qaldı...

13.05.2026 / 17:03
Trampın İran müharibəsinin gizli hədəfi aşkar oldu - "bazarın bölüşdürülməsi..."

13.05.2026 / 16:46
ABŞ rəsmilərindən NATO-nun Ankara Zirvəsinə 4 maddəlik təklif - Trampın Hörmüzlə bağlı yeni planı ortaya çıxdı...

13.05.2026 / 16:23
Keçmiş mətbuat katibindən Zelenskiyə ŞOK İTTİHAM – Donbasın ruslara verilməsinə razılaşmışdı...

13.05.2026 / 15:50
Avropa İttifaqı İran və İsrail məsələsində niyə ikili standart tətbiq edir?

13.05.2026 / 15:37
MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

13.05.2026 / 15:10
Avropa liderləri Qafqazda “sülh memarı” statusunu Ermənistana yapışdırmağa çalışırlar...

13.05.2026 / 14:44
İqtisadiyyatımiz geriləmədən çıxdı, amma irəliləmə sürəti hələ kifayət deyil...

13.05.2026 / 14:39
Tramp Pekində ABŞ tarixinin görünməmiş uğursuzluğunu yaşaya bilər... 13 mayda...

13.05.2026 / 14:35
Volodin İrəvandakı Avropa sammitlərini Ukrayna ilə müqayisə etdi - qorxunc yanaşma...

13.05.2026 / 14:20
Sübbuh Babayev:"Şəhidlik mənə qismət olmasa da yeganə oğlum Vüsala qismət oldu"

13.05.2026 / 14:12
Respublika Pediatriya Mərkəzinə direktor təyin edildi

13.05.2026 / 14:07
Tramp ilyarım sonra Donbası Rusiyaya vermək fikrindən imtinaya məcbur edildi...

13.05.2026 / 13:51
ABŞ İranla müharibədə 39 təyyarəsini itirdiyini etiraf etdi - ŞOK HESABAT...

13.05.2026 / 13:38
WUF13-də 180 ölkədən 32 mindən çox nümayəndənin iştirakı gözlənilir...

13.05.2026 / 13:31
Ceyhun Bayramov və Abbas Əraqçi regional vəziyyəti müzakirə etdi

13.05.2026 / 13:12
Kreml İrəvana:"2 stulda oturmayın", İrəvan Kremlə: "Oturmuruq, ayaq üstdəyik"...

13.05.2026 / 12:59
11 may 2026 - Türkiyə və Ermənistan birbaşa ticarətə başlamağa hazırdır...

13.05.2026 / 12:48
Makron Afrikanın "təkrar işğalına" 24 milyard dollarla başlayır... "Buraları ABŞ, Çin, Rusiya və Türkiyəyə vermərəm" dedi...

13.05.2026 / 12:31
Pəhləvi ABŞ-dan Tehrana qarşı qətiyyətli hərəkət tələb etdi

13.05.2026 / 12:20
Qurbanlıq heyvanların satış və kəsim ünvanları açıqlandı

13.05.2026 / 12:18
Trampın xüsusi adamları Zəngəzurda - TRİPP-i irəlilətmək, ya Paşinyana seçki dəstəyi...

13.05.2026 / 12:07
Körfəzdə kölgə müharibələri – İrana gizli hücum edən ölkələr bir-bir üzə çıxır...

13.05.2026 / 11:52
Bakının bu məktəbləri distant təhsilə keçir...

13.05.2026 / 11:42
Prezident İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul etdi - FOTO

13.05.2026 / 11:36
Metronun rəhbəri bir neçə gün əvvəl yaranan enerji problemindən danışdı

13.05.2026 / 11:29
"Sərnişinlər vahid nəqliyyat şəbəkəsindən istifadə edəcəklər" - "Bakı Metropoliteni"nin sədri

13.05.2026 / 11:13
Türkiyə və Ermənistan birbaşa ticarətə başlayır - hazırlıqlar tamamlandı...

13.05.2026 / 10:31
WUF13 Könüllülük Proqramı çərçivəsində məkan təlimləri başa çatdı

13.05.2026 / 10:19
Daha 3 itkin-şəhid dəfn ediləcək - FOTO

13.05.2026 / 09:59
Xatirə Kitabı Re­dak­si­yası "Şəhidlik and yeridir...” ki­ta­bının təqdimatını keçirir

13.05.2026 / 09:55
Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır

13.05.2026 / 09:39
Qaxda keçmiş məhkum 4 kq narkotiklə tutuldu...

13.05.2026 / 09:24
Naxçıvanlılar sual edir: "Etimada niyə xəyanət etdiniz?!"…

13.05.2026 / 09:02
İran ABŞ qarşısında 5 şərt qoydu – bunlar yerinə yetirilməyincə danışıqlar olmayacaq...

13.05.2026 / 08:48
Zəngilana və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salındı

13.05.2026 / 08:16
Bakının bir sıra yollarında WUF13 ilə bağlı müvəqqəti dəyişikliklər tətbiq olunacaq

12.05.2026 / 22:28
Trampdan ŞOK İDDİA... İran rəsmən qəbul etdi - zənginləşdirilmiş uranı ABŞ-a verəcəklər...

12.05.2026 / 22:14
Putin Aİİ-nin Astana zirvəsində Paşinyana çox pis sürpriz hazırlayır - 17 gün sonra...

12.05.2026 / 21:42
Putin Şröderi istədi, Avropa liderləri Ştaynmayeri də ona qoşdular - hər ikisi iflasda...

12.05.2026 / 21:16
AB Azərbaycan-Ermənistan sərhəd delimitasiyasına ziyanlı müdaxilə edə bilər - şübhəli sənəd...

12.05.2026 / 20:51
Putini Avropa liderlərinin üzünə qaldıran Trampdır - Avropalıların təşəbbüsü geri çevrildi...

12.05.2026 / 20:33
Əhliman Əmiraslanov, Nuru Bayramov və Çingiz Rəhimov tərəfindən hazırlanan kitabın təqdimatı keçirildi

12.05.2026 / 20:28
Prezidentin sosial şəbəkə səhifələrində WUF13 ilə əlaqədar görülən işlərlə tanışlığını əks etdirən kadrlar paylaşılıb - VİDEO

12.05.2026 / 20:12
Putindən Qərbə gözdağı - dünyanın ən güclü raketi sınaqdan keçirildi...

12.05.2026 / 19:35
Prezident İlham Əliyevlə Şahbaz Şərif arasında telefon danışığı olub

12.05.2026 / 19:20
WUF13 - Bakıda bir sıra küçə və prospektlərdə müvəqqəti tənzimləmələr olacaq

12.05.2026 / 19:11
Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO

12.05.2026 / 19:03
Yaxın Şərqi gərginliyi artıracaq iddia - BƏƏ ABŞ-ın dəstəyi ilə gizlicə İranı vurdu...

12.05.2026 / 18:48
Britaniya səfiri Fergus Auld Azərbaycandan gedir...

12.05.2026 / 18:25
Moskvadan qayıdan Fiko Zelenskiyə çağırış etdi - götür telefonu Putinə zəng et...

12.05.2026 / 18:08
"Azərbaycanın bugünkü uğurları ədalətin təntənəsidir" - Vüqar Rəhimzadə

“Böyük qayıdış” müasir şəhərsalma mədəniyyətinə böyük töhfələr verir...

XƏBƏR ARXİVİ