Cümə axşamı günü, 01 oktyabr 2026
     

Xarici şirkətlər öz mənfəətlərini təkrar Azərbaycan iqtisadiyyatına yatırırlar - Birinci Forumda mühüm tezis səsləndi ....

Image


Qloballaşan dünyada iqtisadi inkişafın əsas şərtlərindən biri xarici sərmayələrin cəlb edilməsidir. Xarici investisiya təkcə kapital axını deyil, həm də yeni texnologiyalar, idarəetmə təcrübəsi, innovasiyalar və beynəlxalq bazarlara çıxış deməkdir. Bu baxımdan Azərbaycan son illərdə xarici investorlar üçün cəlbedici məkan kimi ön plana çıxıb. İqtisadi sabitlik, əlverişli biznes mühiti, zəngin təbii resurslar və strateji coğrafi mövqe ölkəni beynəlxalq sərmayəçilər üçün mühüm tərəfdaşa çevirib.

Bakıda İqtisadiyyat Nazirliyinin, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentiyinin təşkilatçılığı ilə I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun öz işinə başlaması, tədbirin Şərq və Qərbin strateji qovşağında yerləşən ölkələrin investisiya imkanlarını araşdırmaq, qlobal ticarətin və dayanıqlı təchizat zəncirlərinin gələcəyini formalaşdırmaq üçün unikal platforma təqdim etməsi, burada dövlət və hökumət rəsmilərinin, iş adamlarının və beynəlxalq investorların iştirakı, bir sıra anlaşma memorandumlarının imzalanması yuxarıda qeyd edilənlərin daha bir təsdiqidir. Qeyd edək ki, prezident İlham Əliyev Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda ilk dəfə keçirilən bu forumun qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi, yeni tərəfdaşlıq əlaqələrinin qurulması, qabaqcıl ideyaların və layihələrin müzakirəsi, ölkəyə yeni investisiyaların cəlb olunması üçün mühüm platforma olacağına inamımı ifadə edir: “Müstəqilliyi qazandıqdan etibarən Azərbaycan xarici investorlarla əməkdaşlığa xüsusi önəm vermiş, dünyanın aparıcı şirkətləri ilə birlikdə həm ölkəmiz, həm də region üçün mühüm əhəmiyyət kəsb edən layihələrə imza atmışdır. Azərbaycanda həyata keçirilmiş sosial-iqtisadi islahatlar və qlobal iqtisadiyyata inteqrasiya aparıcı beynəlxalq şirkətlər üçün ölkəmizdə geniş və əlverişli imkanlar yaratmışdır. Məhz bu səbəbdən 2004-2024-cü illər ərzində iqtisadiyyatımıza 344,4 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuş, bunun əhəmiyyətli hissəsi və ya 213,2 milyard ABŞ dolları qeyri-neft sektorunun inkişafına yönəlmişdir. Bu, xarici investorların Azərbaycana olan etimadı, ölkəmizdə hökm sürən təhlükəsizlik və sabitlik mühitinin bariz göstəricisidir. Hazırda Azərbaycanda minlərlə xarici kapitallı şirkət fəaliyyət göstərir. Bu, ölkəmizdə müasir korporativ idarəetməyə əsaslanan, rəqabətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına mühüm töhfədir. Əldə etdiyimiz etimad sayəsində əksər xarici şirkətlər bu gün də mənfəətlərini ölkə iqtisadiyyatına təkrar investisiya etməyi seçirlər”. İqtisadiyyat naziri Mikayıl Cabbarov tədbirdəki çıxışında qeyd edib ki, Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun bütün iqtisadi kapitallaşması baxımından, Azərbaycan burada təbii olaraq təkcə coğrafi deyil, həm də logistika, energetika və bir çox digər sahələrdə mərkəz rolunu oynayır. Onun sözlərinə görə, Azərbaycan və region üçün dəyər təklifini məhz bu kontekstdə nəzərdən keçirmək lazımdır: “Forum çərçivəsində biz bir tərəfdən parçalanmış iqtisadiyyatı, digər tərəfdən isə inkişaf etməkdə olan iqtisadiyyatların rolunu müzakirə edirik. Daha geniş region baxımından Azərbaycan iqtisadi cəhətdən Yaxın Şərq regionuna da aid edilir və bu təsadüfi deyil. Çünki həyata keçirilən vizioner layihələr – ənənəvi güclü enerji sektorundan diversifikasiya istiqamətində, həmçinin siyasi çərçivə və kontekst baxımından daha aydın görünən iqtisadi inteqrasiyaya yönəlib”.
Məlumdur ki, Azərbaycan Avrasiya qitəsinin mərkəzində yerləşərək həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarının kəsişməsində mühüm tranzit ölkə rolunu oynayır. Bakı-Tiflis-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Şimal-Cənub nəqliyyat dəhlizi ölkənin logistika imkanlarını daha da artırır. Bu üstünlük xarici investorların Azərbaycan bazarına daxil olduqdan sonra məhsullarını həm Avropa, həm də Asiya bazarlarına sürətli şəkildə çıxarmasına şərait yaradır. Azərbaycan zəngin neft və
qaz ehtiyatlarına malikdir. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi ölkəni Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş edib. Xarici sərmayəçilər üçün bu sahə uzunmüddətli və etibarlı gəlir mənbəyidir. Lakin Azərbaycan yalnız enerji sektorunda deyil, həm də bərpa olunan enerji sahəsində geniş imkanlar yaradır. Qarabağ və Naxçıvan bölgəsində günəş və külək enerjisi üzrə iri layihələrin həyata keçirilməsi ölkəyə xarici investisiyaların artmasına təkan verir. Azərbaycanın investisiya cəlbediciliyini artıran əsas amillərdən biri onun siyasi və iqtisadi sabitliyidir. Milli valyutanın nisbətən sabit olması, dövlət borcunun aşağı səviyyədə saxlanması və güclü valyuta ehtiyatları ölkəyə olan inamı möhkəmləndirir. Bundan əlavə, son illərdə aparılan iqtisadi islahatlar biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Vergi və gömrük sistemində şəffaflığın artırılması, elektron xidmətlərin genişləndirilməsi xarici sərmayəçilər üçün əlverişli şərait yaradır. Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin direktoru Raffaele Marçetti sözügedən tədbirdə çıxışı zamanı bu fonda bildirib ki, Azərbaycan son illər müsbət tendensiyaları olan çox az ölkələrdəndir. Onun sözlərinə görə, Azərbaycan tarixin qələbə tərəfindədir: “Həmçinin Ermənistanla ilkin sazişə diqqət edək. Bu, çox vacibdir. ABŞ-nin bu prosesə dəstəyini də vurğulamaq lazımdır. Azərbaycanın son on illiklər ərzində inkişafı göz önündədir. Biz diplomatik, iqtisadi əlaqələrə nəzər yetirməliyik”. R.Marçetti vurğulayıb ki, Azərbaycan neft-qaz ölkəsi olmasına baxmayaraq artıq gələcək çağırışlar üçün ciddi addımlar atır: “Müasir çağırışlara uyğun olaraq Azərbaycan özünü daha çox inkişaf etdirməlidir”. Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsini prioritet kimi müəyyənləşdirib. Kənd təsərrüfatı, turizm, nəqliyyat-logistika, İKT və sənaye sahələrində geniş imkanlar mövcuddur. Xarici investorlar üçün azad iqtisadi zonalar, sənaye parkları və aqroparklar yaradılıb. Xüsusilə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri yeni investisiya dalğasına yol açır. Bu ərazilərdə infrastrukturun yenilənməsi xarici şirkətlər üçün tikinti, enerji, kənd təsərrüfatı və turizm sahələrində geniş fürsətlər təqdim edir. Onu da qeyd edək ki, Azərbaycan bir sıra beynəlxalq iqtisadi təşkilatların üzvüdür və çoxsaylı ikitərəfli investisiya sazişləri imzalayıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi qurumlarla əməkdaşlıq ölkənin iqtisadi siyasətinə beynəlxalq inamı artırır. Bundan başqa, xarici investorların hüquqlarının qorunması qanunvericilikdə xüsusi təmin olunub. İnvestorlar beynəlxalq arbitraj mexanizmlərindən istifadə edə bilirlər ki, bu da onların risklərini azaldır. Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafına da böyük diqqət ayırır. Elektron hökumət xidmətləri, “ASAN xidmət” modeli və startap ekosisteminin təşviqi xarici texnoloji şirkətlər üçün əlverişli mühit yaradır. Xüsusilə, informasiya texnologiyaları və rəqəmsal transformasiya layihələri beynəlxalq sərmayəçilərin diqqətini cəlb edir. Bu fond aqeyd edək ki, sözügedın forumda Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər içində şəhər” konsepsiyasının inkişafı üzrə əməkdaşlıq sazişi imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov və holdinqin sədri Cassem Mohammed Bu Ataba Al Zaabi imzalayıb. Proses Baş nazirin müavini Səmir Şərifovun və BƏƏ-nin investisiya naziri Məhəmməd Hassan Alsuvaydinin iştirakı ilə baş tutub. Beləliklə, Azərbaycan bu gün xarici investisiyalar üçün cəlbedici ölkə kimi formalaşmaqdadır. Geostrateji mövqeyi, zəngin enerji resursları, sabit iqtisadiyyatı, inkişaf edən qeyri-neft sektoru və investorların hüquqlarının qorunması ölkəyə olan inamı möhkəmləndirir. İqtisadiyyatın şaxələndirilməsi və yeni sahələrin inkişafı isə sərmayəçilər üçün əlavə imkanlar açır. Qarabağın bərpası, yaşıl enerji layihələri və rəqəmsal iqtisadiyyatın inkişafı Azərbaycanın investisiya cazibəsini daha da artıracaq. Beləliklə, Azərbaycan təkcə regionda deyil, qlobal miqyasda da xarici investorlar üçün etibarlı, sabit və gələcək vəd edən tərəfdaş kimi önə çıxır.

RAMİL QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO/YENİLƏNDİ

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ