çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Pensiyalar gecikir, banklar pensiyaçılara əlavə faiz hesablayır...

Image


Akif Nəsirli: "Dövlət Sosial Müdafiə Fondu pensiyaların ödənilməsi ilə bağlı yeni sistemə keçməlidir"

Son aylar pensiyaların ödənililməsində vaxt dəyişikliyi baş verib. Əvvəlki aylarda bir qayda olaraq Bakı, Sumqayıt və Abşeronda ayın 10-na qədər, regionlarda isə ayın 15-i, uzağı 15-20-si arasında pensiya ödənişi həyata keçirilirdi. Hazırda bölgələr üzrə pensiya ödənişinin vaxtı təxminən bir həftə uzadılıb. 

Bu isə təqaüdçülərin bir sıra problemlərlə üzləşməsinə səbəb olub. Məsələn, pensiyaçıların bir çoxu banklardan kredit götürüb və onlar pensiyalarını alıb kreditlərini ödəyirdilər. Yəni kredit götürüblər və onun da ödənişini pensiya aldıqları günə bağlayıblar.

Məsələn, gedib krediti ayın 10-na götürüb ki, ayın 10-da pensiyasını alır və ordan da dərhal kredit borcunu ödəyir. Amma indi pensiyaların ödəniş tarixi dəyişdiyi üçün vətəndaş vaxtında kredit borcunu ödəyə bilmir. Belə vətəndaşlar şikayət edirlər ki, pensiyanın ödənilmə vaxtı dəyişdiyindən kredit gecikir və banklar da onlara əlavə faiz hesablayır. Əlbəttə, pensiyaçıların üzləşdikləri bu məsələnin aradan qaldırılması üçün ya banklarla bağlı bir iş görülməlidir, ya da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi burada yeni bir mexanizm, yenilik tətbiq etməlidir ki, pensiyaçılar bu ziyanı çəkməsinlər, banklar onların üzündən baş verməyən gecikmələrə görə onları cərmələməsin...

Bu vəziyyətdə ekspertlər nə kimi çıxış yolu təklif edirlər? 

"...Ödənişin vaxtının dəyişməsi ilə bağlı bankları..."

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri, iqtisadçı  ekspert Akif Nəsirli "Bakı-Xəbər"ə bildirdi  ki, müştərilər bankdan kredit götürəndə bankla aralarında bağlanan müqavilədə "biz krediti pensiya alandan sonra ödəyəcəyik" qeydi olmur. "Bu onların özlərində götürdükləri hesabdır. Artıq bu gecikmə ilə həmin o bank müştərilərinin götürdükləri hesab uyğun gəlmir. Yəni pensiya bir həftə gecikir, həmin bir həftəyə də 10-15 manat cərimə, əlavə faiz hesablanır. Birincisi, Dövlət Sosial Müdafiə Fondundan başlayaq. Fonddan soruşmaq gərəkdir ki, nəyə görə pensiya ödənişlərinin vaxtı dəyişdirilib? Bəlkə elə Dövlət Sosial Müdafiə Fondu banklarla əlbir olub pensiya ödənişinin vaxtını dəyişir ki, hər bir bank müştərisindən, kredit götürən şəxsdən bank əlavə 10-15 manat vəsait əldə etsin? 1 milyon müştərisi olan bankda hərədən 10 manat  pul saxlasalar, əlavə pul hesablasalar, pul alsalar, bu, 10 milyon manat vəsait deməkdir. Yəni bu cür sövdələşmənin olduğunu mən sadəcə olaraq ehtimal edirəm. 

Bundan çıxış yolu nədən ibarət ola bilər?

Bu gün hər şey elektron qaydada həllini tapır, hər bir pensiyaçının bəlli bir gündə pensiyaya çıxdığı aydındır. Məsələn, pensiya yaşı ayın 1-də tamam olur. Ayın 1-də pensiyaya çıxan şəxsin pensiyası, yaxşı olar ki, elə ayın 5-də ödənilsin. Yəni "pensiyalar filan vaxt vurulacaq" məfhumu artıq aradan qalxmalıdır. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Bu bəzi MDB ölkələrində qalıb. Artıq pensiyaların ödənilməsi fərdiləşib. Hər bir pensiyaçıya pensiyaya çıxdığı gün pensiyası kartına vurulur, o da istədiyi vaxt gedib pulu çıxarır". 

A.Nəsirli təklif edir ki, Dövlət Sosial Müdafiə Fondu da bu sistemə keçin. "Yəni fond pensiyaların kütləvi şəkildə köçürülməsinə yox, fərdi qaydada köçürülməsinə getsin. Belə olarsa, Dövlət Sosial Müdafiə Fonduna bir gün ərzində milyonlarla vəsait lazım olmur. Hər ayın hər gününə uzaqbaşı 1 milyon, 1 milyon 500 min, 1 milyon 300 min vəsait düşür. Onu da DSMF hər gün yavaş-yavaş ödəyə bilər. Amma kütləvi ödəniş olanda bir gündə, tutaq ki, fond 200-300 milyon vəsait ödəməli olur. Bu vəsaiti də toplamaq, hamını razı salmaq, eyni gündə hamıya pensiya vermək çətindir. Amma fərdi qaydada hər kəsin özünün pensiyaya çıxdığı gün pensiyasının köçürülməsi asandır.

Hesab edirəm ki, Dövlət Sosial Müdafiə Fondu pensiyaların ödənilməsi ilə bağlı yeni sistemə keçməlidir. Düzdür, bu sistemin də texniki çətinlikləri var. Pensiyalar kütləvi deyil, fərdi qaydada ödənilməlidir".

Ekspertin fikrincə, pensiyaçıların üzləşdikləri bu problemin aradan qalxması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də, banklar da addım atmalıdır: "Nazirlik, yaxud fond pensiyaların ödəniş vaxtının dəyişməsi ilə bağlı bankları məlumatlandırmalı, banklar da bu məlumatı nəzərə almalı və pensiyaçı müştərilərə gecikdirməyə görə faiz hesablamamalıdır. Əslində banklar pensiyaçılara güzəştə getməlidirlər".

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ