şənbə günü, 15 avqust 2026
     

Dünya Bankında iqlimlə bağlı 41 milyard dollarlıq qalmaqal - maliyyə problemi COP29-da çözüləcək...

Image


Dünya Bankının iqlim maliyyəsi məqsədilə ayırdığı 41 milyard dollara qədər vəsaitlə bağlı müəmmalı vəziyyət meydana çıxıb. Bu məbləğ bank tərəfindən son 7 ildə ayrılmış bütün iqlim vəsaitinin təxminən 40 faizini təşkil edir. Lakin həmin müddətdə uçotun pis aparılması səbəbindən vəsaitin hara sərf olunduğu bilinmir.

Dünya Bankının 2017-2023-cü illər üzrə iqlim maliyyəsi portfelinin "Oxfam" tərəfindən auditi müəyyən edib ki, 24 milyard dollardan 41 milyard dollara qədər iqlim maliyyəsi müvafiq layihələrin təsdiqləndiyi və bağlandığı vaxt uçota alınmayıb. Bu pulun hara getdiyini və ya necə istifadə edildiyini göstərən açıq-aydın qeyd yoxdur. "Oxfam International"ın Vaşınqton nümayəndəliyinin başçısı Keyt Donald  məsələ ilə bağlı qeyd edir: "Bu, adicə bürokratik gözdənqaçırma deyil. COP-da bu il əldə etməli olduğumuz nailiyyətləri pozmaq üçün güvənin təməldən sarsıdılmasıdır. İqlim maliyyəsi azdır və bəli, biz bunu çatdırmağın çətin olduğunu bilirik. Amma pulun əslində necə və ya hara xərcləndiyini izləmirsiniz? Bu, sadəcə bəzi bürokratik nəzarət deyil, bu, bu il COP-da əldə etməmiz lazım olan tərəqqini pozmaq riski daşıyan əsas etibarın pozulmasıdır. Bank gələcəyimizin iqlim böhranı ilə mübarizədən asılı olduğunu qəbul etməli və buna uyğun davranmalıdır". Sözügedən maliyyənin necə istifadə edildiyi barədə bilgi almağın çətinliyindən gileylənən nümayəndəlik rəhbəri bu prosesin şəffaf və hər kəsə, özəlliklə bu vəsaitdən yararlanacaq icmalara açıq olmasının önəmini vurğulayıb: "Biz mürəkkəb və natamam hesabatların təbəqələrini gözdən keçirməli olduq və hətta o zaman da məlumatlar boşluqlar və uyğunsuzluqlarla dolu idi. Bu məlumatı əldə etmək və başa düşmək çox çətindir - bu, peşəkarlardan ibarət komanda tələb etməməlidir. Tədqiqatçılar iqlim fəaliyyəti üçün nəzərdə tutulan milyardlarla dolların necə xərcləndiyini anlamaq üçün bu, şəffaf və hər kəs üçün əlçatan olmalıdır, ən əsası iqlim maliyyəsindən faydalanmaq üçün nəzərdə tutulmuş icmalar üçün". Beləliklə, dünya Bankında böyük maliyyə qalmaqalının olduğu üzə çıxır. Amma maraqlıdır ki, məsələ ilə bağlı hələ də heç kim məsuıiyyətə cəlb edilməyib. Özü də ayrılan vəsait və onun təyinatı dünya üçün böyük önəm kəsb edir.   Bu arada qeyd edək ki, Azərbaycanda keçiriləcək COP29 sammitində iqlim dəyişikliyinə ayrılan maliyyə başlıca müzakirə mövzularından biri olacaq.  Azərbaycan COP29 çərçivəsində qlobal iqlimə uyğunlaşma üzrə qlobal əməkdaşlığı əhəmiyyətli dərəcədə inkişaf etdirməyi hədəfləyir. Təbii  ki, səmərəli nəticələr əldə edilməsi üçün iqlim dəyişikliyinə qarşı mübarizənin effektivliyi təmin olunmalıdır. İqlim dəyişikliyi ilə mübarizənin effektiv adaptasiyası təkcə maliyyənin təmin olunmasından yox, həm də ayrı-ayrı ölkələrin hazırladığı səmərəli strategiyadan keçir. Azərbaycanın əsas məqsədi ilk növbədə effektiv maliyyələşmə mexanizmlərinin formalaşdırılmasından ibarətdir. Bununla yanaşı, hesab edilir ki, bütün ölkələr iqlim maliyyəsi məsələsində səylərini birləşdirməlidir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil də iqlim maliyyəsi ilə bağlı məsələnin həllində COP29-a ümidlərin böyük olduğunu vurğulayıb: "İddialı yeni iqlim planları investisiyaların cəlb edilməsi, iqtisadi inkişafın stimullaşdırılması, imkanlar, iş yerlərinin sayının artırılması, çirklənmənin səviyyəsinin azaldılması əhəmiyyət kəsb edir.  Sağlamlığın yaxşılaşdırılması və xərclərin azaldılması, təmiz enerjinin təhlükəsizliyi və əlçatanlığının artırılması üçün son dərəcə vacibdir, onlar, həmçinin bir çox digər müsbət dəyişikliklərə töhfə verə bilər".  

Stil bildirib ki, ölkə nümayəndələri COP28-də Birləşmiş Ərəb Əmirlikləri Konsensusunda təsbit edilmiş vədləri praktikada həyata keçirməyə hazır şəkildə Bakıya gəlməlidirlər. Bu isə bərpa olunan enerji mənbələrinin üçqat artırılmasını, uyğunlaşma üzrə qlobal hədəfi, bütün növ qalıq yanacaqlardan imtina edilməsini və sair nəzərdə tutur: "COP29 təşəbbüskar sessiya olmalı və inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaqla iqlim maliyyələşdirilməsi üzrə konkret və iddialı nəticələrin əldə olunmasını təmin etməlidir. Bu cür dəstəyin hər bir ölkəni və qlobal iqtisadiyyatı iqlim dəyişikliyinin mənfi təsirlərindən qorumaq üçün ən vacib vəzifələrdən biri olduğunu qəbul etmək lazımdır". Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin baş direktoru Françesko La Kamera da vurğulayır ki, COP29 iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq öhdəliklərin gücləndirilməsi üçün həlledici mərhələdir. Onun sözlərinə görə, COP29 əməkdaşlıq və əhəmiyyətli nəticələr əldə etmək üçün dövlətlərin son şansıdır: "2030-cu ilə qədər bərpaolunan enerjiyə 31,5 trilyon dollar həcmində investisiya qoyulmasına, şəbəkənin təkmilləşdirilməsinə, dayanıqlılıq tədbirlərinə və enerji səmərəliliyinə təcili ehtiyac var. Bərpaolunan enerji investisiyaları isə 2023-cü illə müqayisədə üç dəfə artırılmalıdır". Françesko La Kamera ölkələri COP29-dan iqlim maliyyələşməsinin artırılması və qlobal enerji keçidinin irəliləyişində səyləri birləşdirmək üçün platforma kimi istifadə etməyə çağırıb. O, həmçinin COP29-un uğurlarına əsaslanaraq xalis sıfır emissiyaya nail olmaq və iqlim dəyişikliyi ilə bağlı təcili problemlərin həlli istiqamətində qlobal səylərdə daha bir mərhələyə çatmaq məqsədilə COP30-a ev sahibliyi edəcək Braziliya ilə əməkdaşlığa başladıqlarını əlavə edib.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr yendirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ