çərşənbə günü, 07 oktyabr 2026
     

Azərbaycan neft gəlirlərinin azalmasının çarəsini əla tapdı...

Image


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Avropaya 9,4 milyard kubmetr qaz ixrac olunub. Bu aylar ərzində Türkiyəyə 7,3 milyard kubmetr, Gürcüstana isə 1,7 milyard kubmetr qaz tədarük edilib.

Avropada Azərbaycan qazını daha çox İtaliya alır. Son bir ildə bu Avropa ölkəsi 9,3 milyard kubmetr Azərbaycan qazı alıb. Təkcə 2023-cü ildə İtaliya 4,97 milyard avro dəyərində 9,3 milyard kubmetr Azərbaycan qazı idxal edib. 2027-ci ilə qədər Azərbaycanın Avropaya hər il 20 milyard kubmetr qaz tədarük edəcəyi planlaşdırılır. Qeyd edilənlər fonunda "Vesti Kavkaza" nəşri yazır: "Azərbaycanda qaz hasilatı fəal şəkildə artır və tezliklə qaz ölkədə neft hasilatını üstələyə bilər. Qaz gəlirləri də neft gəlirlərindən yüksək ola bilər. 2024-cü ilin əvvəlindən Azərbaycanda 37,1 milyard kubmetr qaz hasil edilib. Bu ilin ötən dövründə 18,4 milyard kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin göstəricisindən çoxdur. Ötın ilin analoji dövründə Azərbaycan 17,8 milyard kubmetrdən çox qaz satıb. Beləliklə, Azərbaycanda qaz hasilatı artır: 2023-cü ildə artım 3,8% olub, hasilat 48,5 milyard kubmetrə çatıb, bu il 49 milyard kubmetrdən çox olacaq. Bununla yanaşı, ötən ilin yanvar-sentyabr aylarında neft və kondensat hasilatı 22,7 milyon ton təşkil edib, 2024-cü ilin eyni dövründə neft ixracı isə 2023-cü ildəki 19 milyon tondan az olub.  Cari ilin ilk üç rünübdə 17,9 milyon ton neft ixrac edilib. Proqnozlara görə, 2024-cü ildə Azərbaycanda neft hasilatı ötən ilki səviyyədə - təxminən 30 milyon ton olacaq. "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban "Vestnik Kavkaza"nın müxbiri ilə söhbətində diqqəti qaz hasilatının Azərbaycan iqtisadiyyatının enerji sektorunda balanslaşdırıcı roluna yönəldib: qaz gəlirləri neft istehsalının davamlı azalması nəticəsində yaranan itkiləri ödəyir. "Neft ekvivalenti məsələsini nəzərdən keçirsək, görərik ki, neft və qazın ümumi hasilatı ildən-ilə faktiki olaraq sabit gəlir verir, yəni qaz gəlirlərinin artımı neft gəlirlərinin azalmasını kompensasiya edir. 1 milyard kubmetr qaz hasilatı 900 min tondan bir qədər çox neftin dəyərinə bərabərdir, eyni dinamikanı təkcə ötən ilin deyil, həm də 5 il əvvəlki göstəricilərlə müqayisə etmək olar", İlham Şaban deyir. "Son 5 ildə Azərbaycanda neft hasilatının həcmi təxminən 6 milyon ton azalıb, lakin həmin dövrdə "Şahdəniz-2" qaz yatağının aktiv işlənməsinə başlanılıb və respublikada qaz hasilatının həcmi xeyli artıb.  Qaz hasilatının artımı neft hasilatındakı azalmanı bir qədər də üstələyir, ona görə də ümumilikdə neft və qaz üzrə göstəricilərdə azalma yox, artım görürük", iqtisadçı əlavə edib.

Ekspert qeyd edib ki, Azərbaycanın neft hasilat imkanları hələ tükənməyib. "Müstəqillik illərində, yəni 1998-ci ildə kəşf edilən yeganə neft yatağı "Qarabağ"dır ki, onun işlənilməsi Azərbaycana neft hasilatının azaltmasının qarşısını almağa, hətta bir neçə ildə artıma nail olmağa imkan verdi".

"Norveçin "Equinor" şirkəti keçən il Qarabağın işlənməsi layihəsindən ayrılıb, bununla bağlı SOCAR BP ilə memorandum imzalayıb. Növbəti 6 ayda şirkətlər kommersiya şərtləri barədə razılığa gəlməli, sonra isə "Qarabağ"ın işlənməsi ilə bağlı müqavilə imzalamalıdırlar. Beləliklə, işlər 2025-ci ildən tez başlamayacaq, ona görə də Azərbaycan yataqdan ilk nefti təxminən 2030-cu ildə alacaq - o zaman neft hasilatının artacağını gözləmək lazımdır", - İlham Şaban bildirib. Qaz hasilatına gəlincə, yaxın gələcəkdə Azərbaycan onun istehsalını daim artıracaq. "2023-cü ildə Azərbaycan ilk dəfə olaraq əmtəəlik qaz hasilatı həcmini 36 milyard kubmetr ötüb. 2030-2032-ci illərdə "Abşeron" və "Babək" yatağı istismara veriləcək", - iqtisadçı bildirib. "Beləliklə, Azərbaycanın 2030-cu illərə qədər mövcud layihələrdən qaz hasilatının azalması nəzərə alınmaqla, əmtəəlik qaz hasilatının həcmini ən azı 45 milyard kubmetrə çatdırmaq imkanı var qaz", - deyə İlham Şaban yekunlaşdırıb". Qeyd edək ki, ölkəmizdə ümumi daxili məhsul (ÜDM) neft-qaz sektorunda cari ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9 faiz artaraq, 31 milyard 436,5 milyon manat olub. Dövlət Statistika Komitəsindən  bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,9 faiz artıb. Ölkədə hasil edilən qazın əsas alıcısı qismindəisə Avropa dövlətləri çıxış edir. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına axan təbii qaz ölkəmizin enerji sahəsində strateji tərəfdaşı kimi mövqeyinin Qərbdə getdikcə möhkəmlənməsinə səbəb olur. Xatırladaq ki, 2022-ci ilin yayında Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin ölkəmizə rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanmış Anlaşma Memorandumu ilə bu sahədə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Artıq Azərbaycan strateji tərəfdaşı olduğu Avropa İttifaqı ilə bir çox sahələrdə fəal dialoq aparır. Neft, qaz və bərpaolunan enerji mənbələri, hidrogen, enerji səmərəliliyi və digər sahələr isə tərəflər üçün getdikcə daha çox aktuallıq kəsb edir. Azərbaycanın Avropada ən böyük ticarət və enerji tərəfdaşı olan İtaliya "Şahdəniz" qazının əsas alıcısıdır. 

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ