çərşənbə günü, 25 noyabr 2026
     

Rəqəmsal manatın camaata hansı praktik faydaları olacaq...

Image


Xalid Kərimli: “Nağdsız ödənişlər, rəqəmsal pullar vətəndaşların da həyatını rahatlaşdırır”

Rəqəmsallaşma yalnız iqtisadi mühitlə bağlı deyil, o eyni zamanda həyatımıza da sirayət edib. Son vaxtlar tez-tez rəqəmsal manat barədə eşidirik. Əlbəttə, çoxlarırımız bundan necə istifadə edəcəyimizi düşünürük. Çünki bu, geniş ictimaiyyətin istifadəsi üçün də məqbul hesab edilir.

Mərkəzi Bankdan da mətbuata bildirilib ki, rəqəmsal manatın geniş ictimaiyyət üçün əlçatan olması nəzərdə tutulur. Vurğulanıb ki, bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, tətbiq prosesi mərhələli şəkildə həyata keçiriləcək. “İlkin mərhələdə rəqəmsal manatın məqsədləri və konsepsiyası müəyyən olunacaq. Pilot layihənin həyata keçirilməsi üçün seçilmiş maliyyə institutları və iri şirkətlərlə əməkdaşlıq qurulacaq. Məhdud dövriyyə və əməliyyat limiti tətbiq edilə bilər. Texniki infrastrukturun stabil işləməsi və təhlükəsizlik tədbirlərinin effektivliyi sınaqdan keçiriləcək”, - deyə Mərkəzi Bankdan bildiriblər.

Qeyd edilib ki, sonrakı mərhələdə rəqəmsal manat geniş ictimaiyyətin istifadəsinə açıq olacaq: “Fiziki və hüquqi şəxslər gündəlik əməliyyatlarında rəqəmsal manatdan istifadə edə biləcəklər. Maliyyə inklüzivliyinin artırılması və nağdsız iqtisadiyyatın təşviq edilməsi məqsədilə rəqəmsal manatın ödəniş sistemlərinə tam inteqrasiyası həyata keçiriləcək. Regional və beynəlxalq ticarət əməliyyatlarında istifadəsi ilə bağlı perspektivlər dəyərləndiriləcək. Bütün bu proseslər maliyyə bazarının iştirakçıları ilə sıx əməkdaşlıq çərçivəsində və beynəlxalq tənzimləmə standartlarına uyğun həyata keçiriləcək”.

Rəqəmsal manatdan istifadənin camaata nə faydası olacaq? Bu pulun hansısa risqləri varmı?

“Burda risqlər ondan ibarətdir ki, tutalım, kimlərsə hansısa ölkələrdə oturub bizim cibimizə girə bilərlər”

İqtisadçı ekspert Xalid Kərimli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, rəqəmsallaşmadan istifadə genişlənir və rəqəmsal manat da onun bir parçası kimi aktualdır. “Pullarımız tədricən nağdsız formaya keçir, ödəmələrimizi kart vasitəsilə edirik, pul vəsaitlərimizi kartlarda saxlayırıq, kartdan-karta əməliyyatların həcmi artıb. Rəqəmsallaşma getdikcə artıq bizim gündəlik həyatımıza daha sürətlə inteqrasiya edir. Rəqəmsal manat deyəndə söhbət ondan getmir ki, kimsə gətirib cibimizə əlavə manat qoyacaq. M10, Umico kimi rəqəmsal platformalar var, Leobank, Birbank tətbiqləri, rəqəmsal banklar çıxır. Müxtəlif banklar kartlar buraxırlar, ödəniş platformaları gerçəkləşdirirlər, elektron cüzdanlar buraxırlar ki, insanlar pullarını daha çox maliyyə, bank sistemində saxlasınlar. Bunun üstünlükləri çoxdur, hökumət özü üstünlüklər yaradıb. Məsələn, nağdsız ödəniş edəndə “ƏDVgerial”dan 17, 5 faiz alırıq, amma nağd ödəniş edəndə 5 faiz alırıq. Görürsüz, hökumət bizi necə nağdsız ödənişə maraqlandırır. Mərkəzi Bank terminalların sayını artırır, ödəniş platformalarını rahatlaşdırır, yeni şəxslərə lisenziyalar verir ki, onlar da xidmətlər təklif etsinlər, rəqabət bolluğu olsun. Kartların müxtəlif formaları dərc olunur, vətəndaşlar üçün əlçatanlığı artırılır. Banklar özləri müxtəlif keşbek layihələri ilə vətəndaşları pullarını kartlarda saxlamağa həvəsləndirməyə çalışırlar. Mərkəzi Bank infrastrukturu yaradır, banker öz kartında pul saxlamağa həvəsləndirir, dövlət isə çalışır ki, vətəndaşlar nağdsız hesablaşmalardan istifadə etsin. Burada da əsas məqsəd odur ki, birincisi, nağdsız iqtisadiyyat şəffaf iqtisadiyyatdır. Bu da iqtisadiyyatın şəffaflaşmasını, iqtisadiyyatın idarə edilməsini təkmilləşdirir. İkincisi, vergidən yayınmanı minimallaşdırır. Yəni risqi aşağı salır. Bu məsələlərə görə dövlət bunu diqqətdə saxlayır. Həm də nağdsız ödənişlər, rəqəmsal pullar vətəndaşların da həyatını rahatlaşdırır. Məsələn, biz pulu üstümüzdə gəzdirmək məcburiyyətində deyilik, ödənişmiz anında olur, rahat və sürətli şəkildə pul cəlb edə bilirik, kredit götürürük, ödəniş edirik. Bu, elektron ticarəti də artırır, insanlar müxtəlif platformalardan, xaricdən öz kartları ilə ödəniş edib rahat mal gətirirlər, özləri özlərinin malını gətirirlər. Yəni bu, insanların həyatının rahatlığını da təmin edir”.

Vətəndaşların da bunda maraqlı olduğunu deyən X.Kərimlinin sözlərinə görə, bu hamının xeyrinə olan məsələdir. Rəqəmsal manatla bağlı risqlərə gəlincə, ekspert bildirdi ki, pul rəqəmsallaşdıqca dələduzluq da qloballaşır: “Burda risqlər ondan ibarətdir ki, tutalım, kimlərsə hansısa ölkələrdə oturub bizim cibimizə girə bilərlər. Əvvəlki cibgirlər fiziki şəkildə cibimizi soyurdular, evimizə girib oğurluq edirdilər, bizə ziyan vururdular. İndi isə, tutalım, Amerikada oturan bir kiberdələduz bizim cibimizə girə bilər. Bu o halda baş verə bilər ki, bizim maliyyə savadlılığımız aşağı olsun, ehtiyatsız davranaq və nəticədə kiberdələduzların cənginə keçək. Bu baxımdan vətəndaşlar, xüsusən də yaşlı insanlar ehtiyatlı olmalıdırlar. Yaxşı olar ki, onlayn ödəmələr və sairlər üçün özlərinə kiçik həcmli balansları olan debet kartları da alsınlar. Özləri pullarını yığdıqları kartları ilə o saytlara girməsinlər. Yəni özlərini qorusunlar. Dediyim kimi, fırıldaqçıların spektri genişləndiyinə görə, dələduzlar hər dəfə müxtəlif yollardan istifadə edib bizim kart məlumatlarımızı ələ keçirməyə çalışırlar. Ehtiyatlı olmaq lazımdır”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ