Bazar ertəsi günü, 12 oktyabr 2026
     

Azərbaycan xaricdən daha az buğda alacaq, azad edilmiş ərazilər taxıl asılılığına son qoyacaqmı?

Image


Məlumdur ki, dünya iqtisadiyyatında koronavirus pandemiyası ilə bağlı yaranan qeyri-müəyyənliklər, təchizat zəncirlərinə mütəmadi təzyiqlərin olması, iqlim dəyişikliklərinin baş verməsi, logistika xərclərinin çoxalması bir sıra ərzaq məhsullarının, o cümlədən ərzaqlıq buğdanın qiymətlərində artıma səbəb olub. Artımı şərtləndirən daha bir səbəb ərzaqlıq buğdanın istehlakının artmasıdır.

Beynəlxalq Taxıl Şurasının məlumatına əsasən, son on il ərzində dünya üzrə buğda istehsalında 10 faizə qədər artım müşahidə edilib. Bu il isə qlobal buğda istehsalı ötən ilə nisbətən 0,5 faiz artaraq 777 milyon ton olacaq. Amma bun aparalel olaraq buğda istehlakı da sürətlə artır. Belə ki, 2020-ci ildə ünya üzrə buğda istehlakı 745 milyon ton olmuşdusa, ötən il bu rəqəm 3,5 faiz artaraq 771 milyon ton olub. Gələcək ilə bağlı proqnozlar da buğda istehlakının dünya üzrə kəskin artacağını qeyd edir. Belə ki, cari ildə qlobal buğda istehlakının 782 milyon ton olacağı proqnozlaşdırılır ki, bu da 1,5 faizlik artım deməkdir. Bu da istehsaldan artıqdır və belə vəziyyətdə artıq dünya dövlətləri daha əvvəl topladıqları buğda ehtiyatından istifadə edir.  Belə vəziyyətdə buğda istehlaçıları qiymətləri qaldırır. Hazırda dünya üzrə əsas buğda istehsalçıları Çin, Hindistan, Rusiya, ABŞ və Fransadır. Qlobal buğda istehsalının təxminən 52 faizi məhz bu ölkələrin payına düşür. Hazırda dünya bazarında buğda qiymətləri son doqquz ilin ən yüksək göstəricisidir. Dünya Bankının məlumatlarına əsasən, 2021-ci ilin ilk rübündə buğdanın 1 tonunun orta qiyməti 275 dollar olduğu halda, ilin sonunda qiymət 12 faiz artaraq 308 dollar olub. Bu il ərzində qiymətlər daha da yüksələcək. Buna gətirib çıxaran səbəblərdən biri buğda istehsalı ilə məşğul olan ölkələrin siyasətidir. Məsələn, Rusiya kimi əsas buğda ixracatçısı buğda ixracını məhdudlaşdıracaq siyasət yürüdür. Belə ki, 2021-ci ilin ortalarından Rusiya buğda ixracına vergi tətbiq etməyə başlayıb və ton üçün 94,9 dollar rüsum qoyulub. Bu, Rusiyadan buğda alan ölkələrin, o cümlədən Azərbaycanın buğda üçün daha artıq vəsait ödəməsinə gətirib çıxarıb. Rusiya mövcud ixrac vergisini artırmaqla yanaşı, fevralın 15-dən iyunun sonuna qədər olan dövr üçün 8 milyon ton buğda ixracı kvotası tətbiq edəcəyini bildirib.Digər istehsalçı olan Çin son aylarda ciddi şəkildə buğda ehtiyatı yığmağa başlayıb. Statistik məlumatlara görə, Çinin buğda idxalı 2021-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 50 faizə qədər artıb.

Bütün bunlar Azərbaycanda da diqqətlə izlənilir. Ölkə üzrə buğda istehsalı 2021-ci il üzrə 1,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin müvafiq göstəriciləri ilə müqayisədə 1 faiz artım deməkdir. Amma nəzərə alınmalıdır ki, Azərbaycanın illik buğda tələbatı təxminən 3,5 milyon tondur. Ölkə ərzaq buğdası ilə özünü təmin etmə səviyyəsi 57 faizdir. Bu halda təbii olaraq daxili təlabatın bir hissəsi idxal hesabına ödənilir. Amma yaxın tezlikdə Azərbaycanın idxaldan daha az asılı olması gözlənilir. Buna səbəb işğaldan azad edimiş ərazilər hesabına buğda istehsalında ciddi artım gözlənilməsidir. Xüsusən də Qarabağ iqtisadi rayonunda taxılçılıq üçün əlverişli şərait mövcuddur. 1990-ci ilə qədər ölkədə istehsal edilən taxılın 14 faizindən çoxu məhz Qarabağın payına düşürdü. Qeyd edək ki, 1988-ci ildəki statusu ilə Dağlıq Qarabağ Muxtar Vilayəti və ətraf rayonlar yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Həmin tarixdə ölkədə taxıl istehsalının 14,3 faizi, pambıq istehsalının 3,3 faizi, üzüm istehsalının 31,5 faizi, kartof istehsalının 6,3 faizi, ət istehsalının 14,5 faizi, süd istehsalının 17,1 faizi, yumurta istehsalının 3,6faizi, yun istehsalının 19,3 faizi, barama istehsalının 17 faizihəmin ərazilərin payına düşürdü. Həmin dövrdəki texnoloji və idarəetmə sistemi ilə əldə olunan bu nəticələri müasir texnologiyalarn tətbqi ilə əhəmiyyətli dərəcədə artırmaq mümkünüdür. Buna nail olmaq üçün uzun illər istifadəsiz qalan torpaq sahələrinin yararlı hala gətirilməsi, deqradasiya proseslərinin aradan qaldırılması, meliorasiya və irriqasiya sistemlərinin qurulması üçün müvafiq adımlar atılır. Deməli, azad edilmiş ərazilər hesabına xaricdən buğda istehsalında asılılıq azalacaq. Elə deputat Vüqar Bayramov da məsələyə bu prizmadan yanaşır. Vüqar Bayramov qeyd edir ki, azad olunmuş ərazilər iqtisadi potensialı ilə yanaşı, eyni zamanda, aqrar sektorda, xüsusilə buğda və taxıl istehsalında xüsusi paya malik ola bilər.O bildirib ki, həmin rayonlarımız işğaldan əvvəlki dövrlərdə ölkə taxılının əhəmiyyətli hissəsini yetişdirə bilirdilər: “Xüsusilə də Füzuli, Ağdam və digər işğaldan azad edilmiş rayonlarımız taxıl istehsalında öndə gedən rayonlardan olub, taxıl fondunun formalaşmasına töhfə veriblər. Artıq buğda yetişdirilməsi yeni texnologiya əsasında həyata keçirilir, həmin ərazilərimizdə daha yüksək məhsuldarlıqla taxıl istehsalının təşkil edilməsi mümkündür. İlkin qiymətləndirmələr göstərir ki, bərpa və yenidənqurma prosesindən sonra ilkin mərhələdə bütövlükdə bu ərazilərdə 1 milyard manatlıq əkinçilik məhsulları yetişdirmək mümkün olacaq ki, bunun da əhəmiyyətli hissəsinin buğda və taxıl olması gözlənilir. Bu baxımdan işğaldan azad olunmuş ərazilərimiz taxıla olan tələbatın ödənilməsində xüsusi paya malik olacaq. Bu isə idxaldan asılılığın azaldılmasına, eyni zamanda, dünya bazarında dəyişən qiymətlərin təsirinin minimallaşdırılmasına imkan verəcək. Yaxın dövrlərdə taxıla olan tələbatın 85 faizdən çoxunun yerli istehsal hesabına ödənilməsi hədəflənib. Bu da daha keyfiyyətli məhsulun bazara çıxarılmasına və qiymətlərin tənzimlənməsinə təsir edəcək”.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ